• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Azərbaycanlı tələbələrin Ruhanidən tələbi

Azərbaycanlı tələbələrin Ruhanidən tələbi

İran vətəndaşı olan 1811 azərbaycanlı tələbə prezident Həsən Ruhaniyə açıq məktub yazıb.

Publika.az xəbər verir ki, məktubda Azərbaycan dilinin rəsmi rəsmi dil olması tələbi yer alıb.

Ölkədəki azlıqların hüquqlarının müdafiəsini nəzərdə tutan İran Konstitusiyasının 15-ci maddəsinin yerinə yetirilməsini istəyən tələbələr məktubda Azərbaycan dilinin rəsmiyyət qazanması və məktəblərdə ana dilində təhsil verilməsini tələb edilər.

İran Konstitusiyasının 15-ci maddəsinə görə, İranın rəsmi dili fars dilidir. Amma kütləvi informasiya vasitələri və məktəblərdə yerli dillərdən istifadəyə icazə verilir. Lakin Konstitusiyanın bu maddəsi azərbaycanlılara şamil olunmur.

İranda yaşayan təxminən 78,5 milyonluq əhalinin 35 faizini təşkil edən azərbaycanlılar onlara Konstitusiya ilə verilən hüquqlardan istifadə edə bilmirlər.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR