İqtisadi gündəm
BAXCP sədri Azərbaycan qadınlarını təbrik edib
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Azərbaycan qadınlarını 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib.
Təbrikdə deyilir: "Əziz qadınlar! Sizi 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik edirəm! Yüzillər boyu millətimizin adını uca tutan Azərbaycan qadını ən çətin anlarda bizimlə birgə addımlayaraq, amansız müharibələrin, qarşıdurmaların çətin sınaqlarından ləyaqətlə çıxmış, tariximizin sədaqət rəmzinə çevrilmişdir. Azərbaycan tarixi qadınlarımızın qəhrəmanlıq nümunələriylə zəngindir. Bu gün Qarabağ müharibəsinin fəsadlarının, sosial-iqtisadi problemlərin ən ağır yükü Sizlərin üzərinə düşür. Siz bütün bu çətinliklərə ləyaqətlə sinə gərir, ağır həyat şərtləri altında övlad böyüdür, millətimizin və dövlətimizin sabahına inamla baxırsınız. Azərbaycanda Qadın-Ana sözü hər zaman müqəddəs sayılmışdır. Bu sözün həmişəki mahiyyətinin qorunması, hər birinizin öz doğma ocağınızın və bütövlükdə Azərbaycan xanımı adını şərəflə daşıması üçün birgə mübarizə aparmalı, dövlətimizi göz-bəbəyimiz kimi qorumalı, Azərbaycanı dünyanın ən inkişaf etmiş, qüdrətli ölkələrindən birinə çevirməliyik. Bu ümidlə Sizə can sağlığı və ailə xoşbəxtliyi arzulayıram".
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!