DİN 1100 nəfərə şəxsiyyət vəsiqəsi verib
Bizi izləyin

İqtisadi gündəm

DİN 1100 nəfərə şəxsiyyət vəsiqəsi verib

Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin təşəbbüsü, respublikanın Oğuz, Samux, Tərtər, Qax, Qusar, Gədəbəy, Şamaxı və Naftalan RPŞ-lərin müvafiq orqan əməkdaşlarının iştirakı ilə vətəndaşlara şəxsiyyət vəsiqələrinin verilməsi ilə bağlı növbəti səyyar xidmət keçirilib.

Nazirliyin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, tədbirlər zamanı adları çəkilən rayonlardakı orta məktəblərin buraxılış sinif şagirdlərinin və şəxsiyyət vəsiqələrinin etibarlılıq müddəti bitmiş, ümumilikdə, 1100 nəfərə yaxın şəxsin sənədləri qəbul edilib və onlara yeni vəsiqələr təqdim olunub.

Vətəndaşların şəxsiyyət vəsiqələri ilə təmin olunması prosesi davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm