Azərbaycanda yeni telekanal açılır
Bizi izləyin

İqtisadi gündəm

Azərbaycanda yeni telekanal açılır

Bu il aprelin əvvəlində Azərbaycanda "Azerbaijan Music Channel" (AMC) adlı ilk musiqi telekanalı yayıma başlayacaq. Bunu Trend-ə ölkənin telekommunikasiya bazarındakı mənbə deyib.

Onun sözlərinə görə, telekanalın yayımı "Azerspace-1" peykinin köməyi ilə açıq rejimdə həyata keçiriləcək. Hazırda yeni telekanalın anonsunu edən infokart test rejimində əlçatandır. Yeni telekanal Azərbaycan, Rusiya, Türkiyə və Qərb ifaçılarının videokliplərini yayımlayacaq. Televiziya kontentinə baxmaq üçün peyk antenlərini aşağıdakı şəkildə tənzimləmək lazımdır: tezlik - 11135 MHz, sürət - 27500, polyarizasiya - Horizontal, FEC - 5/6

Oxumağa davam et
Reklam
Reklam

Gündəm