2 min müştəri bankı necə qorxuya saldı
Bizi izləyin

İqtisadi gündəm

2 min müştəri bankı necə qorxuya saldı

Goldman Saks -ın 2 min müştərisi anketdə iştirak edib

Goldman Saks -ın 2 min müştərisi anketdə iştirak edib. Anketin nəticələri isə, xarici investorların qorxularına səbəb olub.

Bankın böyük analitiki David Kostin, “Makro baxımdan sərmayəçiləri narahat edən 3 əsas mövzu var.

Bunların başında Çin və inkişaf edən bazarlardakı kredit riski gəlir” deyib. İştirakçıların yüzdə 31-i bu mövzuda narahat olduqlarını dilə gətirdi.

Zəif pul siyasətinin yaradacağı varlıq balonları və daimi iqtisadi durğunluq ya da yavaş böyümə də ən çox verilən cavablar arasında iştirak edib. İştirakçıların 12% -i deflyasiyadan narahatlıq olduqlarını ifadə edib. Siyasi və hərbi gərginlik isə, səslərin 10% -ni alıb.

Avropada yenidən iqtisadi böhran partlaması, az da olsa verilən cavablar arasında yer alıb. Anket, xüsusilə xarici investorların qlobal iqtisadiyyata dair son dövrdəki narahatlıqları baxımından böyük əhəmiyyət daşıyır.

Odər Qəni

Oxumağa davam et
Reklam
Reklam

Gündəm