Rusiyanın müdafiə nazirindən Azərbaycanın müraciətinə cavab
Bizi izləyin

İqtisadi gündəm

Rusiyanın müdafiə nazirindən Azərbaycanın müraciətinə cavab

Azərbaycan Respublikası və Qafqaz daxilində ekspedisiyanın keçirilməsi haqqında AMEA H.Əliyev adına Coğrafiya İnstitutunun müraciətinə Rusiya tərəfindən müsbət cavab verilib.

Bu barədə Publika.az-a Coğrafiya İnstitutundan məlumat verilib.

Belə ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqunun prezidenti olduğu Rusiya Coğrafiya Cəmiyyətindən Azərbaycan Coğrafiya Cəmiyyətinin prezidenti, Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədovun müraciətinə cavab gəlib.

S.K.Şoyqunun göstərişi ilə Avropa və Asiya sərhədinin aktuallaşmasına dair rus-Azərbaycan ekspedisiyasının təşkili və keçirilməsinə köməklik göstərmək haqqındakı müraciətinə Rusiya Coğrafiya Cəmiyyətinin Birinci vitse-prezidenti, akademik N.S.Kasimov tərəfindən baxılıb.

Məktubda ekspedisiyanın keçirilməsinə müsbət cavab verilib. Layihənin Rusiya tərəfindən həyata keçirilməsi Cəmiyyətin vitse-prezidenti A.A.Çibilyova həvalə olunub. Ekspedisiyanı Rusiya Coğrafiya Cəmiyyətinin "Avrasiyanın çöllər aləmi” layihəsi üzrə tədbirlər sırasına daxil etmək təklif edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm