Gürcüstanda ermənilərə qarşı etirazlar başladı - VİDEO
Bizi izləyin

İqtisadi gündəm

Gürcüstanda ermənilərə qarşı etirazlar başladı - VİDEO

Marneuli rayonunun Ermənistanla sərhəddə yerləşən Sadaxlı kəndində erməni sürücü kənd sakini olan 10 yaşlı azərbaycanlını vurub. Hadisə kənddə etiraza səbəb olub.

ANS-in Gürcüstan bürosunun məlumatına görə, Ermənistanla Gürcüstanı birləşdirən magistral yolun təxminən 2 km-lik hissəsi Sadaxlı kəndinin ərazisindən keçir. Sakinlərin sözlərinə görə, 4-cü sinif şagirdi Əlinin başına gələn hadisə, kənd ərazisində ilk deyil. Kənd sakini Eldar Əliyevin sözlərinə görə, 5 il ərzində bu yolda 13 faciə baş verib.

Sadaxlı kənd bələdiyyəsinin nümayəndəsi Rafael Xəlilov rayon rəhbərliyinin də hadisə yerinə gəldiyini və problemlə tanış olduqlarını deyir: “Yol təzə təmir olunub. İndi layihədə nəzərdə tutulub ki, bu yollara maneələr qoyulacaq. Hazırda bunula bağlı tender elan olunub. Yaxın günlərdə bu işlərin həyata keçirilməsinə başlanılacaq”.

Erməni avtomobillərinin zərbəsinə tuş gələn azərbaycanlıların sayının artmaması üçün deyilən tədbirlərin nə zaman görüləcəyi hələ dəqiq məlum deyil.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm