• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Kəmaləddin Heydərov Hacıqabulda vətəndaşları qəbul edəcək

Kəmaləddin Heydərov Hacıqabulda vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov 16 mart 2015-ci idə Hacıqabul şəhərində, Hacıqabul rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 11.00-dan vətəndaşların qəbulu keçiriləcək.

Publika.az-ın FHN-nin rəsmi saytına istinadən məlumatına görə, qəbulda yalnız Hacıqabul, Sabirabad, Saatlı, İmişli rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq.

Qəbula gələn vətəndaşların qeydiyyatı Hacıqabul rayon Dovlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında (ünvan: Hacıqabul şəhəri, Asif Abdullayev küçəsi 13) 15 mart 2015-ci il tarixində saat 09.00-da başlayacaq.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

Əlaqə:
tel:
+994 (12) 512-01-14
e-mail: info@fhn.gov.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR