İqtisadi gündəm
Prezident xanımı ilə İçərişəhərdə - FOTO
Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseyn
və xanımı Bequm Sahiba martın 12-də İçərişəhərdə gəzintiyə
çıxıb.
Publika.az-ın məlumatına görə, qonaqların İçərişəhərdə gəzintisi
Qız qalası ilə tanışlıqdan başlayıb. Pakistan Prezidentinə və
xanımına bu qədim abidənin tarixi barədə ətraflı məlumat
verilib.
Sonra qonaqlar elektromobillə İçərişəhəri gəziblər. Gəzinti zamanı
onlara UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş “İçərişəhər”
Dövlət Tarix-Memarlıq Qoruğu, burada aparılan təmir-bərpa və
abadlıq işləri barədə məlumat verilib. Qeyd edilib ki, İçərişəhərin
ərazisində müxtəlif əsrlərə aid nadir tarix-memarlıq abidələri
dövlət tərəfindən qorunur.
Kiçik Qala küçəsi ilə davam edən gəzinti zamanı Prezident Məmnun
Hüseyn və xanımı Bequm Sahiba təndir çörəyinə qonaq ediliblər.
Qoşa Qala qapısı meydanı ilə tanışlıq zamanı isə qonaqlar qala
divarlarının inşasının tarixi barədə məlumatlandırılıblar.
Azərbaycanın tarixi iqtisadi-mədəni əlaqələrindən xəbər verən ölkə
əhəmiyyətli abidə – Multanı Karvansarasının tarixi Pakistan
Prezidentinin və xanımının diqqətinə çatdırılıb.
Sonda qonaqlara xatirə hədiyyəsi təqdim edilib.
-
Sosial17:54
Əli Əsədov qərar imzaladı
-
Qarabağ 17:13
Xankəndidə ilk körpə dünyaya gəldi - FOTO
-
Qarabağ 16:38
Bu ölkələr Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik
-
Rəsmi xronika16:13
Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq
-
Nida Xəbər 16:08
SON DƏQİQƏ: Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı - VİDEO
-
Rəsmi xronika15:28
Biz buna həm də ölkəni təqdim etmək fürsəti kimi baxırıq - Prezident
-
Nida Xəbər 14:46
Göyçə yolu bağlandı: Basarkeçərin 10 kəndi qaytarılır?
-
Kriminal14:33
Azərbaycanda kişi arvadını qətlə yetirməsini lentə aldı - İNANILMAZ FAKTLAR