XİN “Admiral”dakı faciədə Azərbaycan vətəndaşının ölümünü təsdiqlədi
Bizi izləyin

İqtisadi gündəm

XİN “Admiral”dakı faciədə Azərbaycan vətəndaşının ölümünü təsdiqlədi

Xarici İşlər Nazirliyinin təlimatı əsasında Azərbaycanın Rusiyadakı səfirliyi Kazan şəhərində “Admiral” ticarət mərkəzində baş vermiş yanğın nəticəsində zərər çəkənlər sırasında Azərbaycan vətəndaşlarının olmasını Rusiya Federasiyası Tatarıstan Respublikasının fövqəladə hallar xidməti ilə araşdırır.

Bu barədə Publika.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.

Rusiya Federasiyası, Tatarıstan Respublikasının fövqəladə hallar xidmətinin mətbuat katibi Andrey Rodigenin Azərbaycanın Rusiyadakı Səfirliyinə verdiyi məlumata görə, hazırkı vaxtda bir nəfər Azərbaycan Respublikası vətəndaşının yanğın zamanı həyatını itirdiyi müəyyən olunub.

Əlavə məlumat daxil olanda kütləvi informasiya vasitələrinə məlumat veriləcək.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm