ABŞ Yayım Şurasının direktoru Vergilər Nazirliyində olub
Bizi izləyin

İqtisadi gündəm

ABŞ Yayım Şurasının direktoru Vergilər Nazirliyində olub

Vergilər nazirinin birinci müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Natiq Əmirov Amerika Birləşmiş Ştatlarının Yayım Şurası idarə heyətinin beynəlxalq yayımlar üzrə bürosunun direktor müavini Cefrey Trimblin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən Publika.az-a verilən məlumata görə, görüşdə “Azadlıq Radiosu”nun Azərbaycan Respublikasındakı nümayəndəliyində aparılan vergi yoxlamaları ilə bağlı məsələlər müzakirə edilib. Yoxlamanın detalları və aşkar edilmiş nöqsanlar barəsində geniş fikir mübadiləsi aparılıb.

Sonda C.Trimbl qəbula və müzakirələrə görə təşəkkürünü bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm