Rusiya artıq hədə ilə danışmır - VİDEO MÜSAHİBƏ
Bizi izləyin

İqtisadi gündəm

Rusiya artıq hədə ilə danışmır - VİDEO MÜSAHİBƏ

Həm Rusiyanı, həm də Türkiyəni yaxşı tanıyan millət vəkili Fazil Mustafa ANS-in "HESABAT"ına müsahibə verib.

- Fazil müəllim sizcə Putinin Türkiyəni yox, Ermənistanı seçməsinə Türkiyənin reaksiyası necə olacaq?

- Türkiyə sadəcə olaraq burada mümkün variantları seçib. Erməninin soyqırım iddiaları ilə yalan dolu şousuna qarşı Çanaqqalada belə bir tədbirlərin gerçəkləşməsi, eyni zamanda ora gedə biləcək mümkün dövlət başçısılarının həm də öz ölkəsinə dəvət olunması xəttini götürüb. Bütün hallarda Rusiyanın bu addımı, Türkiyənin Rusiya ilə iqtisadi münasibətlərinə təsir görsətməyəcək. Çünki Türkiyənin özündə də qondarma erməni soyqırımı ilə bağlı nisbətən kompromis bir yol izlənməkdədir. Belə ki, rəsmi Ankaranın mövcud siyasətində bir yumuşalma var. Avropadan gələn səslərə də münasidətdə hələ ki, cəmiyyətin etirazı səbəbindən buna müsbət yanaşma yoxdur. Amma Ollandın da bununla bağlı açıqlaması var: "Biz Ermənistana "soyqırım” gününü qeyd etməyə gedəcəyik. Türkiyə Ollanda qarşı da çox sərt etiraz üslubundan istifadə etmədi. Eyni zamanda Türkiyənin Fransa ilə aralarında məsafəli münasibətlər var. Rusiya ilə münasibətlər indiki mərhələdə daha yaxındır. Belə bir vəziyyətdə Fransaya qarşı sərt etiraz üslubundan istifadə etmədilərsə, Rusiyaya qarşı etmələri də gözlənilən deyil.

- Azərbaycan buna necə yanaşmalıdır?

- Məncə Azərbaycanın bu məsələyə qarışması bütün hallarda siyasi cəhətdən doğru olmaz. Amma bir cəhətdən doğrudur ki, Azərbaycan Türkiyə vasitəsilə özünə aid və özünə lazım olan müəyyən problemləri gündəmə gətirə bilər. Məsələn, Putin və Olland Ermənistana getmək barədə qərar veriblər. Hətta o da mümkündür ki, ABŞ prezidenti də hansısa, bir qərar qəbul edə bilər. Məsələn, dövlət katibi səviyyəsində səfər gerçəkləşə bilər. O zaman Türkiyə bu hadisədən istifadə edərək bir liderələrə çağrış edə bilər ki, əgər siz qondarma erməni soyqırımı məsələsinə belə həssasınızsa, onda yaxın tariximizdə baş vermiş Xocalı soyqırımını birlikdə tanıyaq. Hazırda Xocalı soyqırımı ilə bağlı kifayət qədər faktlar və videgörüntülər var və artıq bu bütün dünyaya sübut olnubdur.

- Putinin qondarma erməni soyqırımının 100 illiyi ilə bağlı Ermənstana getməsinin mümkün etmək müəyyən şantaj hərəkətlərindən keçib. Yəni Permyakov olayını ermənilər özləri təşkil edə bilərlər. Bir hüquqşunas olaraq sizin belə bir versiyaya münsibətiniz necədir?

- Təbii ki, hüquqşunas olaraq bütün versiyalar üzərində dayanmaq vacibdir. Ermənistan bu günləri fərdi qaydada Putinə hər hansı bir təzyiq göstərmək imkanına sahib deyil. Çünki, tamamilə Rusiyadan asılı bir ölkə olduğuna görə, hətta bu günləri Ermənistan cəmiyyətində Qərbə qarşı müsbət münasibət bəsləyənlərin sayının çox olamasına baxmayaraq, o çoxluğun özü də real zərurət kimi, Ermənistanın mövcudluğunun qarantı olaraq Rusiyadan kənar yol görmədiklərini ifadə edirlər.

- İki gündən sonra Azərbaycanın Avropanın taleyində oynadığı daha böyük bir rolun şahidi olacağıq. Söhbət TANAP-ın özülünün qoyulmasından gedir. Sizcə yaranmış vəziyyət TANAP-ı daha aktual edir, yoxsa?

- Məsələ burasındadır ki, bu, Azərbaycan üçün ciddi bir fürsətdir. Çünki Türkiyənin uğuru, bizim uğurumuzdur. Amma Türkiyənin uğursuzluğu o demək deyil ki, hansısa bir məqamda Azərbaycan özünə aid olan uğurdan imtina etməlidir. Çünki, TANAP layihəsi həm də Türkiyə ilə birlikdə bizim uğurumuzdur. Ona görə də hər hansı bir layihənin alternativi ortaya çıxırsa, Türkiyə və Azərbaycan da ciddi cəhdlə bunun həyata keçirilməsinə xüsusi diqqət yetirməlidir. Bu zaman daxili siyasətdə Azərbaycanda qeyd etdiyiniz nöqsanlar ortaya çıxır. Amma xarici siyasət kifayət qədər ağıllı yürüdülür. Azərbaycanda balanslı bir siyəsət həyata keçirilir. Azərbaycan prezidenti İlham Əliyevin son dövrdə bölgədə baş verən qarışıqlığı nəzərə alaraq balansı qoruyub saxlaması məhz TANAP layihəsinən zərurət olaraq ortaya çıxarmasına səbəb olub. Artıq Rusiyada bununla razılaşır. Diqqət edirsinizsə, bir sıra layihələrdə Rusiyadan həmişə maneələr, hədələr gəlirdi. İndi isə Azərbaycanın da ortaya qoyduğu layihələrdə Türkiyə, Rusiya tərəfindən də hər hansı bir şəkildə əngəlləyici mesajlar səsləndirilmir. Məhz Azərbaycanın bu mövqeyə gəlib çıxması ağılı xarici siyasətin nəticəsi idi. Ona görə də bu kursun davam etməsi hesab edirəm ki, bölgədə istənilən uğursuzluqda hamı üzünü Azərbaycana çevirəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm