İqtisadi gündəm
Xaricdə döyüşən azərbaycanlıların məhkəməsi başlayıb
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində xarici ölkələrdə silahlı birləşmələrin tərkibində döyüşməkdə ittiham olunan Tariyel Mustafayev, Ruslan Mustafayev, Namiq Məmmədov, Elvin Əliyev, Tural Həsənov və Fərid Muradovun cinayət işi üzrə məhkəmə başlayıb. Hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası olub. Prosesdə onların anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı martın 30- a təyin edilib.
Qeyd edək ki, MTN-in İctimai Əlaqələr Mərkəzinin ötən il sentyabrın
23-də yaydığı məlumatda bildirilib ki, Azərbaycan Respublikasının
qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya
qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində
iştirak etmə, onları silahla, döyüş sursatı ilə, partlayıcı
maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz
etmə, habelə, tərbiyə etmək vəzifəsini daşıyan şəxs kimi yetkinlik
yaşına çatmayan şəxsi ağır cinayətin törədilməsinə cəlb etmə və
başqa hüquqazidd əməllərinin törədilməsinə görə ümumilikdə 26 nəfər
Azərbaycan vətəndaşı şəxs qismində saxlanılıb. Saxlanılanlar
arasında yuxarıda adları çəkilən şəxslər də var.
Təqsirləndirilən şəxslər 2013-cü ildən 2014-cü ilin müxtəlif
aylarınadək Suriya Ərəb Respublikasının ərazisində həmin dövlətin
və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə
tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak
etmişlər.
-
Cənubi Qafqaz19:12
Ermənistan KİV-i Bağanis Ayrımla bağlı yeni MƏLUMAT YAYDI
-
Hadisə18:38
Azərbaycanlı iş adamının qətlini o qadın sifariş edib? - ŞOK İDDİA
-
Hadisə18:30
Yanan bazardan son görüntülər - FOTO/VİDEO (YENİLƏNDİ)
-
Sosial17:50
Cavanşir Məmmədov kostyumla dəfn edilib?
-
Dünya17:45
Ərdoğan bu sarayda HƏMAS lideri ilə GÖRÜŞDÜ
-
Dünya17:30
Fidan: Dünyanın ən böyük problemi ikiüzlülükdür
-
Nida Xəbər 16:10
Ceyhun Bayramov İran səfiri ilə görüşdü
-
Sosial15:10
Cavanşir Məmmədovun dəfn yeri açıqlandı