Rektorun qızını döyənləri azad edən hakim: “O, döyüldüyünü qəbul etmir”
Bizi izləyin

İqtisadi gündəm

Rektorun qızını döyənləri azad edən hakim: “O, döyüldüyünü qəbul etmir”

"Mən, sadəcə, iddianın təmini tədbiri barədə məsələyə münasibət bildirmişəm".

Bunu arqument.az-a açıqlamasında Xətai rayon Məhkəməsinin hakimi Raziyə Ataşova Xəzər Universitetinin rektoru Hamlet İsaxanlının qızı Ülkər İsayeva ilə bağlı yayılan iddialara cavab olaraq bildirib.

Onun sözlərinə görə, istintaq hələ də yekunlaşmayıb: "Fakt varsa, cinayət sübuta yetiriləcək. Hazırda Bakı Apellyasiya Məhkəməsində işə baxılır, nəticəni gözləsəniz, daha yaxşı olar. O ki qaldı Ülkər İsayevaya, onu dindirmişəm və heç bir şikayəti olmayıb. O bildirib ki, döyülməmişəm, sadəcə, müqavimət göstərdim, onlar da məni sakitləşdirib evə aparıblar. Yəni o, döyülmək faktını qəbul etmir. Biz də tərəfləri dindirib məhkəmə başlayana qədər onları sərbəst buraxmaq barədə qərar qəbul etmişik".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm