Azərbaycan Prezidenti Qarsda abidə önünə gül qoydu – FOTO
Bizi izləyin

İqtisadi gündəm

Azərbaycan Prezidenti Qarsda abidə önünə gül qoydu – FOTO

Bu gün səhər Türkiyəyə səfərə yola düşən Azərbaycan Prezidenti İlham Əliyev hazırda Qarsdadır.

Publika.az-ın məlumatına görə, səfər zamanı Prezident İlham Əliyev Qarsın Suqapı məhəlləsində salınan Heydər Əliyev parkını ziyarət edib. Daha sonra prezident həmin parkda ucaldılan ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoyub. Azərbaycan Prezidentini Türkiyənin milli təhsil naziri Nabi Avcı, Qars valisi Günay Özdemir və MHP-dən olan bələdiyyə sədri Murtaza Karaçanta müşayiət ediblər.

Ziyarətdən sonra Prezident İlham Əliyev qaldığı otelə gedib.

Qeyd edək ki, hazırda Qarsda güclü qar yağır.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm