• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Kəmaləddin Heydərov UNICEF-in nümayəndə heyətini qəbul edib

Kəmaləddin Heydərov UNICEF-in nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov martın 17-də UNICEF-in Mərkəzi və Şərqi Avropa ölkələri və Müstəqil Dövlətlər Birliyi üzrə regional direktoru xanım Mari-Pyer Puaryenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazir Kəmaləddin Heydərov Fövqəladə Hallar Nazirliyinin UNICEF-in Bakı ofisi ilə sıx əməkdaşlıq etdiyini, bir sıra mühüm layihələr həyata keçirdiyini diqqətə çatdırıb. O, Azərbaycanın ev sahibliyi edəcək Birinci Avropa Oyunlarının ölkəmizin tarixində ən əlamətdar hadisələrdən biri olduğunu, nazirliyin əməkdaşları tərəfindən bu əlamətdar tədbirə hazırlıqla bağlı genişmiqyaslı texniki və təhlükəsizlik tədbirləri proqramı həyata keçirildiyini bildirib.

Səmimi qəbula görə təşəkkürünü bildirən xanım Mari-Pyer Puarye deyib ki, onun rəhbərlik etdiyi nümayəndə heyətinin Bakıya səfəri Novruz bayramı və qarşıdan gələn mühüm tədbir – Birinci Avropa Oyunları ərəfəsinə təsadüf edir. Qonaq UNICEF-in Azərbaycanla, o cümlədən müvafiq sahələr üzrə Fövqəladə Hallar Nazirliyi ilə uğurlu əməkdaşlığı davam etdirmək əzmində olduğunu vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR