• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Aydın Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi ilə görüşüb

Aydın Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi ilə görüşüb

Martın 17-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Ramil Həsənovu qəbul edib.

Nazirlikdən Publika.az-a verilən məlumata görə, qonağı səmimiyyətlə salamlayan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev türkdilli ölkələrin əməkdaşlığının, o cümlədən iqtisadi-ticari, gömrük sferasında əlaqələrinin genişləndirilməsinin əhəmiyyətindən danışıb, bu əməkdaşlığın davamlı inkişafının zəruriliyini vurğulayıb.

Bir neçə il bundan öncə Naxçıvanda keçirilən Türkdilli dövlətlərin gömrük xidməti rəhbərlərinin görüşünü də məmnunluqla xatırlayan Komitə sədri bu görüşdə müzakirə olunan məsələləri, əldə olunan razılaşmaları birgə əməkdaşlığın inkişafına yönələn mühüm addımlardan biri kimi dəyərləndirib.

Səmimi qəbula görə Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevə təşəkkür edən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Ramil Həsənov bu mötəbər quruma daxil olan ölkələrin bütün istiqamətlərdə, eləcə də gömrük sahəsində əlaqələrinin inkişafı üçün nəzərdə tutulan məsələlərdən bəhs edib.

Türkdilli ölkələr arasında əlaqələrin inkişafında gömrük orqanlarının mühüm rolunu qeyd edən qonaq bu baxımdan müvafiq sahədə qarşılıqlı əməkdaşlığın genişləndirilməsinin zəruriliyini diqqətə çatdırıb, birgə həyata keçirilən tədbirlərin daha da intensivləşdirilməsinin vacibliyini vurğulayıb.

Görüşdə, həmçinin türkdilli ölkələr arasında gömrük sahəsində əlaqələrin genişləndirilməsi işinin daha səmərəli təşkili ilə bağlı bir sıra digər məsələlər üzrə fikir mübadiləsi aparılıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR