TANAP-ın təməli atıldı YENİLƏNİB - VİDEO
Bizi izləyin

İqtisadi gündəm

TANAP-ın təməli atıldı YENİLƏNİB - VİDEO

Azərbaycan prezidenti İlham Əliyev, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Gürcüstan prezidenti Georgi Marqvelaşvili Türkiyənin Qars vilayətində 9,5 milyard dollarlıq “Trans Anadolu Təbii Qaz Boru Xətti” (TANAP) qaz kəmərinin təməlini atıb.

Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Ərdoğan çıxışının əvvəlində bir protokol səhvini düzəltmək istədiyini bildirib.

“Əvvəlcə Azərbaycan dövlət himninin dinləyək. Sonra çıxışıma başlayacağam”, - Türkiyə prezidenti deyib. Ərdoğan təməli atılan TANAP-ın Türkiyə, Azərbaycan, Gürcüstan və layihədə iştirak edən Avropa ölkələrinə xeyirli olmasını diləyib.

“Biz Azərbaycanla eyni dildə danışan, ortaq bir tarixi keçmişi paylaşan, yalnız sözdə deyil, əməldə də qardaşıq. Biz tək millət iki dövlətik. Bizim nəzərimizdə Qarsdakı və İqdırdakı vətəndaşımızla Naxçıvandakı eynidir. Qarabağda zülmə məruz qalan azərbaycanlı qardaşlarımızın ağrısını Anadoludakı vətəndaşlarımız ürəyində hiss edir”, - Ərdoğan deyib.

Çıxışlardan sonra boru xəttin döşənməsinin başlanmasının işarəsi olan lenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan prezidenti İlham Əliyev birlikdə kəsiblər.

***

Türkiyənin Qars vilayətində “Trans Anadolu Təbii Qaz Boru Xətti” (TANAP) qaz kəmərinin təməlatma mərasimi başlayıb.

Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Gürcüstan Prezidenti Georgi Marqvelaşvili iştirak edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm