İlham Əliyev Sudanın xarici işlər nazirini qəbul edib
Bizi izləyin

İqtisadi gündəm

İlham Əliyev Sudanın xarici işlər nazirini qəbul edib

Prezident İlham Əliyev Sudanın xarici işlər naziri Əli Əhməd Kartinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.


Dövlətimizin başçısı Sudanın xarici işlər naziri Əli Əhməd Kartinin başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfərinin məhsuldar olacağına və ölkələrimiz arasında dostluq əlaqələrinin daha da inkişaf etdirilməsi üçün yaxşı imkan yaradacağına ümidvar olduğunu bildirdi. İki ölkə arasında mövcud olan tərəfdaşlıq əlaqələrini və beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığı yüksək dəyərləndirən dövlətimizin başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunaraq Sudanın bu münaqişənin həllində və eləcə də Xocalı faciəsinin soyqırımı kimi tanınmasında tutduğu ədalətli mövqeyinə görə minnətdarlığını ifadə etdi.


Nazir Əli Əhməd Karti Sudan Prezidenti Ömər Həsən Əhməd əl Bəşirin salamlarını dövlətimizin başçısına çatdırdı. O, Azərbaycana səfərindən ötən dövr ərzində ölkəmizdə gedən sürətli inkişaf proseslərinin şahidi olduğunu dedi və qazanılan nailiyyətlər münasibətilə dövlətimizin başçısını təbrik etdi. Beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın önəmini qeyd edən nazir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ölkəsinin tutduğu ədalətli mövqeyin dəyişməz olaraq qalacağını bir daha vurğuladı.


Görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələr, iqtisadi sahədə, o cümlədən enerji sektorunda əməkdaşlıq və bu sahədə təcrübə mübadiləsinin aparılmasının əhəmiyyəti qeyd olundu.


Dövlətimizin başçısı Prezident Ömər Həsən Əhməd əl Bəşirin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Sudan dövlətinin başçısına çatdırmağı xahiş etdi.

PRESİDENT.AZ

Oxumağa davam et
Reklam
Reklam

Gündəm