İqtisadi gündəm
Prezident və xanımı Bakı Olimpiya Stadionunun açılışında - FOTOLAR
Martın 18-də Bakı Olimpiya Stadionunun açılışı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı,
birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva
mərasimdə iştirak ediblər.
Bakı Olimpiya Stadionunun təməli 2011-ci il iyunun 6-da qoyulub.
Mərasimdə Prezident İlham Əliyev, FİFA prezidenti Yozef Blatter və
UEFA prezidenti Mişel Platini, eləcə də dünya futbol
ictimaiyyətinin görkəmli nümayəndələri, federasiya rəhbərləri və
futbol veteranları iştirak etmişdilər. Ətrafında ümumilikdə 82 min
kvadratmetrlik yaşıllıq sahəsinin salındığı Bakı Olimpiya Stadionu
yüksək keyfiyyətlə inşa olunub və artıq istifadəyə hazırdır.
Dövlətimizin başçısı stadionun rəmzi açılışını bildirən lenti
kəsdi.
Gənclər və idman naziri Azad Rəhimov görülən işlərlə bağlı
dövlətimizin başçısına məlumat verdi. Qeyd edildi ki, təxminən 50
hektar ərazidə tikilən stadionun hündürlüyü 62 metrdir və 6
mərtəbədən ibarətdir. Stadionun sahəsinə 4, tribunalara isə 26
qapıdan giriş var. 68 min tamaşaçı tutumlu stadiona Olimpiya
normativlərinə əsasən insanların daha çox piyada və ictimai
nəqliyyatla gəlməsi nəzərdə tutulub ki, bunun üçün də ərazidə 3
min100 yerlik avtomobil parkı inşa edilib.
Sonra Prezident İlham Əliyevə və xanımına Bakı Olimpiya Stadionunun
interyerində həyata keçirilən işlərlə bağlı məlumat verildi.
Bildirildi ki, burada işlər artıq başa çatdırılıb. Tikintidə ən
müasir avadanlıq və inşaat materiallarından istifadə olunub. Bakı
Olimpiya Stadionunda inşaat işlərinin gedişi ilə dəfələrlə tanış
olan, tikintinin keyfiyyətlə həyata keçirilməsini diqqət mərkəzində
saxlayan Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə müvafiq
olaraq bu nəhəng idman qurğusu müasir arxitektura üslubu, xüsusi
gözəlliyi ilə seçilir və şəhərimizdə aparılan quruculuq işlərinə
bir töhfədir. İlk Avropa Oyunlarına hazırlıq, o cümlədən Bakı
Olimpiya Stadionunda inşaat işlərinin gedişi ilə bağlı birinci
Avropa Oyunları Təşkilat Komitəsi fəal iş aparır.
Komitə tərəfindən təşkilati işlər yüksək səviyyədə həyata keçirilir. İlk Avropa Oyunlarına hazırlıqla bağlı işlərin beynəlxalq standartlara uyğun şəkildə vaxtında və yüksək keyfiyyətlə aparılması birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın daim diqqət mərkəzindədir. Avropa Oyunlarının Koordinasiya Komissiyasının müxtəlif vaxtlarda keçirilən iclasları hazırlıq işlərinin yüksək səviyyədə aparılmasında xüsusi önəm daşıyır. İlk Avropa Oyunlarının xaricdə təbliğ olunması işinə də böyük əhəmiyyət verilir. Bununla bağlı Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın iştirakı ilə Avropanın bir sıra ölkələrində keçirilən təntənəli tanıtım mərasimlərinin əhəmiyyəti xüsusi önəm daşıyır.
Diqqətə çatdırıldı ki, beynəlxalq standartlara tam cavab verən
stadionda müxtəlif funksiyalı tribunalar, qaçış zolağı və digər
infrastruktur yaradılıb. Əsas və köməkçi stadionlardan, həmçinin
mexaniki binadan ibarət olan stadionda əlil tamaşaçılar, VVIP, VİP,
CIP və media bölmələri inşa olunub. Burada qonaqların rahatlığı
üçün hər cür şərait yaradılıb. Bu stadionda yaradılan şərait
təsdiqləyir ki, dünyada idman ölkəsi kimi tanınan, idmana, Olimpiya
hərəkatına dəstəyi dövlət siyasətinin əsas istiqamətlərindən biri
seçən Azərbaycanda bu cür infrastruktur layihələrinin icrası
ölkəmizin gücünü göstərir. İlk Avropa Oyunlarına hazırlığın mühüm
mərhələsi olan Bakı Olimpiya Stadionunun inşası bir daha bu mötəbər
beynəlxalq idman tədbirinin yüksək səviyyədə baş tutacağına əminlik
yaradır.
2015-ci ildə Odlar Yurdu Azərbaycandan start götürəcək Avropa
Oyunlarının Bakıda keçirilməsi ilə bağlı qərar Avropa Olimpiya
Komitəsinin Baş Assambleyasının 41-ci sessiyasında qəbul olunub.
Ölkəmizin namizədliyi 38 dövlət tərəfindən dəstəklənib. Bu
Oyunların Bakıda keçirilməsinə qərar verilməsi təbii ki, ölkəmizin
beynəlxalq nüfuzundan, dünyada formalaşdırdığı müsbət imicdən
qaynaqlanır. Birinci Avropa Oyunlarının keçirilməsinə az vaxt
qalmasına baxmayaraq, Azərbaycanda bu mötəbər tədbirə hazırlıqla
bağlı işlər yüksək səviyyədə həyata keçirilir. Müxtəlif idman
yarışlarının keçirilməsi üçün nəzərdə tutulan Bakı Olimpiya
Stadionunun inşası da bu istiqamətdə görülən tədbirlərdən biridir.
Çox qısa müddətdə görülən işlər bir daha təsdiqləyir ki, ilk Avropa
Oyunlarının Bakıda keçirilməsi ölkəmizdə yaşanan Olimpiya
hərəkatına verilən dəyərin təzahürüdür. Bu hadisə həm də
Azərbaycanda idman sahəsində yaşanan inkişaf proseslərinə
beynəlxalq miqyasda göstərilən marağın nümunəsidir. Son dərəcə
maraqlı, qədim tarixi və zəngin mədəni dəyərləri olan Azərbaycanın
Avropanın həyatında baş verəcək ilk belə hadisəyə ev sahibliyi
etməsi təbii ki, həm də ölkəmizin son illərdə idman sahəsində
qazandığı uğurlardan qaynaqlanır.
Təsadüfi deyil ki, 22 illik müstəqilliyi dövründə Azərbaycan
atletləri olimpiadalarda 26, Avropa və dünya çempionatlarında isə 2
minə qədər medal qazanıblar. 2015-ci il iyunun 12-dən 28-dək
keçiriləcək ilk Avropa Oyunlarında isə 49 ölkədən 6 mindən artıq
atlet idmanın 20 növü üzrə mübarizə aparacaq. İlk Avropa Oyunları
Bakıda 21 məkanda keçiriləcək. İlk Avropa Oyunlarının açılış və
bağlanış mərasimlərinin keçiriləcəyi Bakı Olimpiya Stadionunda
yaradılan şərait isə bir daha bu idman tədbirinin yüksək səviyyədə
təşkil olunacağına təminat verir.
AZƏRTAC
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!