Məcburi köçkünlərə orta aylıq əməkhaqqı verilməsi müddəti uzadıldı - VACİB QƏRAR
Bizi izləyin

İqtisadi gündəm

Məcburi köçkünlərə orta aylıq əməkhaqqı verilməsi müddəti uzadıldı - VACİB QƏRAR

2015-ci il martın 16-da Azərbaycan Respublikasının Nazirlər Kabineti “Büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış, özlərindən asılı olmayan səbəblərə görə iş yerlərindən məhrum olmuş və işlə təmin olunmamış məcburi köçkünlərin sosial müdafiəsi üzrə əlavə tədbirlər haqqında” qərar qəbul edib.


Bu il yanvarın 1-dən etibarən qüvvəyə minən bu Qərara əsasən, Ermənistan silahlı qüvvələri tərəfindən ərazilərin işğalı nəticəsində öz doğma yurdlarından didərgin düşmüş, həmin müddətədək büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış, özlərindən asılı olmayan səbəblərə görə iş yerlərindən məhrum olmuş və işlə təmin olunmamış məcburi köçkünlərə orta aylıq əməkhaqqı verilməsinin müddəti 2016-cı il yanvarın 1-dək uzadılmışdır.


Həmin qərarda aidiyyəti nazirliklərə, dövlət orqanlarına və əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinə məcburi köçkünlərin müvafiq boş iş yerlərində işə qəbulu ilə bağlı müvafiq tədbirlərin görülməsinin daha da gücləndirilməsi barədə konkret tapşırıqlar verilmişdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm