İqtisadi gündəm
Prezident İlham Əliyev Bakıda keçirilən Novruz şənliklərində iştirak edib (YENİLƏNİB)
Martın 19-da Bakıda Azərbaycan xalqının milli
bayramı - Novruz münasibətilə ümumxalq şənliyi
keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri Novruz şənliyində
iştirak ediblər.
Dövlətimizin başçısı, xanımı və ailə üzvləri
əvvəlcə Qız qalasının qarşısındakı meydana
gəldilər.
Milli geyimli uşaqlar Prezident İlham Əliyevi və
xanımı Mehriban Əliyevanı Novruz bayramı münasibətilə təbrik
etdilər.
İçərişəhərin qala divarları üstündə və meydanda
qədim tariximizi xatırladan qılınc və qalxanlı döyüşçülər
dayanmışdılar.
Dədə Qorqud xeyir-dua verərək, Novruz bayramının
xalqımıza ruzi-bərəkət gətirməsini arzuladı.
Milli geyimli uşaqlar meydanda rəqs edirdilər.
İncəsənət ustalarının ifasında baharı, Azərbaycanı tərənnüm edən
mahnıların sədası ətrafa yayılır, bayram şənliyinin
iştirakçılarında xoş ovqat doğururdu.
Prezident İlham Əliyev Novruz tonqalını
alovlandırdı.
Dövlətimizin başçısı bayram şənliyində nitq
söylədi.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev və ailə
üzvləri Dənizkənarı Milli Parka gəldilər.
Dövlətimizin başçısını və xanımını Novruz
bayramının əsas personajları olan Kosa və Keçəl
qarşıladılar.
Kosa və Keçəl Prezident İlham Əliyevi və ailə
üzvlərini bayram münasibətilə təbrik etdilər.
Milli Parkda təşkil edilən milli-mənəvi dəyərlər
və idman stendləri bayram şənliyinə xüsusi çalar qatırdı. Burada
ölkəmizin müxtəlif bölgələrini təmsil edən özfəaliyyət
kollektivlərinin çıxışları və hazırlanmış sənətkarlıq nümunələri
maraqla qarşılandı. Bir tərəfdə isə gənc pəhləvanlar xalça üzərində
qurşaq tutur, idmançılar məharətlərini
göstərirdilər.
Dövlətimizin başçısı və ailə üzvləri bərəkətli
Azərbaycan torpağında yetişdirilən məhsulların bayram şənliyi
çərçivəsində təşkil edilmiş sərgisi ilə tanış oldular. Müxtəlif
rayonlardan gətirilmiş Novruz mətbəxinin nümunələri şənlik
iştirakçılarında maraq doğururdu.
Ulu babalarımızdan bugünkü nəslə yadigar qalan
qədim el sənətlərinin nümayiş olunduğu şənlikdə, həmçinin Novruz
bayramının rəmzi olan müxtəlif şirniyyat nümunələri də təqdim
edilirdi.
Prezident İlham Əliyev və ailə üzvləri Azərbaycan
xalçalarının nümunələrinə də baxdılar.
Azərbaycan Prezidenti İlham Əliyev və birinci
xanım Mehriban Əliyeva bayram şənliyində “Bakı-2015” birinci Avropa
Oyunlarına həsr olunmuş stendlərin qarşısında idmançıların
çıxışlarını da izlədilər.
AZƏRTAC
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB19 Aprel 21:50
95 yaşlı diplomat öldü
-
Nida Xəbər 19 Aprel 21:20
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi