• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Ermənilərdən etiraf

Ermənilərdən etiraf

Son günlər Ermənistan ordusunun verdiyi itkilər erməni ictimaiyyətində Sarkisyan hakimiyyətinə qarşı qəzəbi daha da artırıb.

ANS PRESS-in məlumatına görə, Qarabağ daşnaklarının lideri, eks-komandir, hazırda millət vəkili olan Vaan Badasyan Serj Sarkisyanın Rusiyanı Azərbaycana silah satmaqda ittiham etməsi barədə açıqlamasının ermənilərə baha gəldiyini bildirib.

Erməni millət vəkilinin fikrincə, Rusiyanın Azərbaycana silah satması rəsmi Bakıdan çox, Kremlin maraqlarına uyğundur. Digər bir tərəfdən Rusiya həm Azərbaycanı, həm də Ermənistanı münaqişənin gərginləşməsinə təhrik edir.

Qarabağ müharibəsinin ilk illərində erməni ordusunun Azərbaycan ordusundan güclü olduğunu xatırladan Vaan Badasyan Azərbaycanın gücləndiyini etiraf edib: "Azərbaycanın hərbi xərcləri Ermənistanın büdcəsindən daha çoxdur. Bu isə Azərbaycanın rahat hərəkət etməsini və heç nədən çəkinməməsini şərtləndirir".

Onun sözlərinə görə, silahlı münaqişə yenidən başlasa tərəflərin verdiyi itkilər daha çox ola bilər.

Erməni millət vəkili Ermənistanda sosial ədalətin qorunmamasının orduya təsirsiz qalmadığını, silahlı qüvvələrdə nizam-intizamın pozulmasına gətirib çıxardığı sözlərinə əlavə edib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR