Mnatsakanyan: "Dünən böyük faciə baş verdi, çoxlu əsgər itirdik"
Bizi izləyin

İqtisadi gündəm

Mnatsakanyan: "Dünən böyük faciə baş verdi, çoxlu əsgər itirdik"

Erməni ordusunun cəbhə xəttində böyük itkilər verməsi düşmən ölkədə ciddi bir çaxnaşmaya, sosial gərginliyə səbəb olub. Vəziyyət o həddədir ki, erməni cəmiyyətinin tanınmış simaları da öz yarıtmaz hakimiyyətlərinə etiraz edir, Qarabağdakı itkilərin hesabatını sorurlar.

Axar.az xeber verir ki, bu tipli etirazlardan birini özünün internet səhifəsində erməni jurnalist Romella Mnatsakanyan yazıb:

“Dünən günü faciə ilə açdıq. Biz Artsaxın şanlı oğullarını itirdik. Sözsüz, döyüşçülərimiz düşmənin çoxsaylı həmlələrini dəf edərkən mərdlik və qəhrəmanlıq nümayiş etdirdilər. Biz fəxr etməliyik ki, Ermənistanın və Artsaxın belə oğulları var.

Amma burada bir anlaşılmazlıq var. Nədən cəbhədəki həqiqi itkilərimizlə bağlı səhih bilgiləri ayrı-ayrı jurnalistlərin dilindən eşidirik... rəsmilərin YOX!

Və düşmənin diversiyaları vaxtı verdiyimiz itkiləri nədən gizlədirik? Dünən bütün KİV-lər 3 nəfərin həlak olması və 4 nəfərin yaralanması xəbərini yaydılar. Amma efirdə fərqli rəqəmlər səsləndirildi..."

Oxumağa davam et
Reklam
Reklam

Gündəm