Serj Sarkisyan etiraf etdi: "Qorxuram"
Bizi izləyin

İqtisadi gündəm

Serj Sarkisyan etiraf etdi: "Qorxuram"

"Gözlənilməz insidetnlər eskalasiyaya gətirib çıxara bilər. Bu isə əlbəttə ki, bizi narahat edir".

ANS PRESS-in məlumatına görə, bu barədə Ermənistan prezidenti Serj Sarkisyan Fransanın "France24" telekanalına müsahibəsində deyib.

Sarkisyan Dağlıq Qarabağda gərginliyin artmasına münasibət bildirib.

"Ermənistan müharibədən qorxur. Özüm şəxsən müharibədən qorxuram. Amma qələbə qazanmaqdan qorxmuram. Dağlıq Qrabağda genişmiqyaslı müharibə hər an başlaya bilər. Ermənistan istənilən hücumun qarşısını ala bilər", - deyə Serj Sarkisyan bildirib.

Qeyd edək ki, Ermənistan ordusu ötən ilin iyul-avqust aylarından bu yana 100-dən çox əsgərini itirib. Təkcə bu il martın 19-da Azərbaycan Ordusu təxribatlar törətmək istəyən 20-dək düşmən hərbçisini məhv edib və yaralayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm