Almaniya XİN: “Qəzaya uğrayan təyyarədə Azərbaycan vətəndaşı olmayıb” – AÇIQLAMA
Bizi izləyin

İqtisadi gündəm

Almaniya XİN: “Qəzaya uğrayan təyyarədə Azərbaycan vətəndaşı olmayıb” – AÇIQLAMA

Fransada qəzaya uğrayan təyyarədə Azərbaycan vətəndaşı olmayıb.

Bu barədə Almaniya XİN Azərbaycanın həmən ölkədə olan səfirliyinə xəbər verib. Publka.az bildirir ki, bunu Trend - ə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

Bu ilkin məlumatdır, araşdırmalar hələdə davam edir.

Aviaqəza haqqında xəbərin yayılmasından dərhal sonra Azərbaycanın Xarici İşlər Nazirliyi Fransada, Almaniyada və İspaniyada ölkələrin səfirliklərinə təyyarənin sərnişinləri arasında Azərbaycan vətəndaşlarının mövcudluğunu öyrənməyə tapşırdı.

Germanwings aviaşirkətinin "Airbus A320" tipli təyyarəsi çərşənbə axşamı Alp dağlarında qəzaya uğrayıb. Son məlumatlara görə, Barselonadan Düsseldorfa uçan laynerin qəzası nəticəsində 150 nəfər həlak olub.

KİV-in məlumatına görə, təyyarədə Almaniya, İspaniya və, bəzi məlumatlara görə, Türkiyə vətəndaşları olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm