Ukraynanın milli valyutası hər gün dəyər itirir
Bizi izləyin

İqtisadi gündəm

Ukraynanın milli valyutası hər gün dəyər itirir

Ukraynada hökumət əleyhinə nümayişlərin davam etdiyi zamanda milli pul vahidi sürətlə dəyər itirir.

Publika.Az xəbər verir ki, Ukrayna Mərkəz Bankının etdiyi müdaxilə və Rusiyadan 2 milyard dollar kredit veriləcəyi ilə bağlı şərh bazarları sakitləşdirməyib. Siyasi sabitliksiz, etibarsız bazarlar səbəbindən grivna dollar qarşısında 1 faiz dəyər itirib. Dollar qarşısında günə 8,89 səviyyəsindən başlayan qrivna 1 faiz dəyər itirərək son beş ilin ən aşağı səviyyəsinə yaxınlaşıb. Enişə idxalatçıların dollar tələbi və artan şiddət hadisələri də təsir edib. Ukrayna Mərkəz Bankının tətbiq etdiyi pul möhkəmləndirmə siyasətini boşaltmasının ardından kurs bazarları hərəkətli bir gün keçirib.

Rusiya Ukrayna ilə aralarındakı 15 milyard dollar kredit razılaşmasının 2 milyard dollarının bu həftə ayrılacağını açıqlayıb.

Leyla

Oxumağa davam et
Reklam
Reklam

Gündəm