İqtisadi gündəm
Quş qripi ilə bağlı monitorinq başlayır
Aprelin 6-da köçəri quşların yaz miqrasiyasını nəzərə alaraq ölkədə quş qripi ilə bağlı növbəti monitorinqə start veriləcək.
Bu barədə Publika.az-a Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindən məlumat verilib.
Monitorinq Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq
Xidmətinin, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin
mütəxəssis və əməkdaşlarının iştirakı ilə aparılacaq.
Nəzarəti tədbir köçəri quşların ehtimal olunan müvəqqəti
məskunlaşdığı Abşeron yarımadası, Şabran, Salyan, Ağcabədi və
Lənkəran rayonlarındakı milli qoruq və parklarda, həmçinin ölkənin
dəniz sahili zonalarında və digər ərazilərdə həyata keçirilməsi
nəzərdə tutulur. Bundan əlavə monitorinq aparılan müddətdə quşçuluq
və şəxsi təsərrüfatlardan da nümunələrin götürülməsi nəzərdə
tutulur.
Ölkə ərazisində köçəri və ev quşlarına görə aparılacaq monitorinq
zamanı götürüləcək qan və patoloji materiallar Respublika Baytarlıq
Laboratoriyasında müayinə olunacaq və nəticələr aprelin 17-də
ictimaiyyət üçün açıqlanacaq.
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB19 Aprel 21:50
95 yaşlı diplomat öldü