İqtisadi gündəm
Prezident nekroloq imzaladı
Azərbaycan ictimaiyyətinə ağır itki üz vermişdir.
Tanınmış ictimai xadim və alim, respublika Dövlət mükafatı
laureatı, Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının
sədri, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü,
fizika-riyaziyyat elmləri doktoru Fikrət İsmayıl oğlu İsmayılov
2015-ci il martın 31-də ömrünün 81-ci ilində vəfat
etmişdir.
Fikrət İsmayılov 1935-ci il yanvar ayının 3-də Naxçıvan şəhərində
anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra 1955–1960-cı
illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun fizika-riyaziyyat
fakültəsində ali təhsil almışdır. O, 1969–1971-ci illərdə
Azərbaycan Respublikası Elmlər Akademiyasının Fizika İnstitutunun
aspiranturasında, 1979–1980-ci illərdə isə Mixail Lomonosov adına
Moskva Zərif Kimya Texnologiyaları İnstitutunun kosmik
materialşünaslıq və texnologiya ixtisası üzrə xüsusi fakültəsində
oxumuşdur.
Əmək fəaliyyətinə 1960-cı ildən etibarən Azərbaycan Respublikası
Elmlər Akademiyasının Fizika İnstitutunda başlayan Fikrət İsmayılov
burada müxtəlif vəzifələrdə çalışmışdır. 1973-cü ildə o, SSRİ Hərbi
Sənaye Nazirliyi nəzdində yaradılmış Moskva Elmi Tədqiqat Tətbiqi
Fizika İnstitutunun Bakı filialına keçirilərək baş elmi işçi və
şöbə rəisi vəzifələrini tutmuş, sonralar taleyini yenidən
Azərbaycan Milli Elmlər Akademiyası ilə bağlayaraq, Fizika
İnstitutunda uzun illər laboratoriya müdiri işləmişdir.
Fikrət İsmayılov yarımkeçiricilər və dielektriklər fizikası üzrə
1971-ci ildə namizədlik, 1995-ci ildə isə doktorluq
dissertasiyalarını müdafiə etmişdir.
Azərbaycanda fizika elmi sahəsində Fikrət İsmayılovun fəaliyyəti
səmərəli olmuşdur. Xüsusi təyinatlı və mühüm əhəmiyyətə malik, çox
sayda elmi tədqiqat və mühəndis-konstruktor işləri onun rəhbərliyi
ilə yerinə yetirilmişdir. Kosmosda mürəkkəb tərkibli kristalların
və xəlitələrin alınma texnologiyası, çəkisizlik şəraitində müxtəlif
təcrübələrin keçirilməsi, elektron cihazların istehsalı və
konstruksiyasının elmi əsaslarının işlənib hazırlanması alimin
araşdırmalarının əsas istiqamətlərini təşkil edirdi.
Fikrət İsmayılov 150-yə yaxın elmi əsərin, 30-dək elmi ixtira və
səmərələşdirici təklifin müəllifi idi. Onun rəhbərliyi altında neçə
tədqiqatçı dissertasiya müdafiə etmişdir. Ölkədə və onun
hüdudlarından kənarda alimin müxtəlif simpozium və konfranslardakı
çıxışları mütəxəssislərin marağına səbəb olmuşdur.
Azərbaycanın ictimai-siyasi həyatında yaxından iştirak edən Fikrət
İsmayılov 1995-ci ildə birinci çağırış Azərbaycan Respublikası
Milli Məclisinin deputatı seçilmişdir. Üzərinə düşən bütün
vəzifələrə dərin məsuliyyətlə yanaşmaqla o, çalışdığı sahələrdə
göstərilən etimadı həmişə layiqincə doğrultmuşdur. 1990-cı illərin
əvvəllərində respublikada baş verən mürəkkəb siyasi proseslər
zamanı Fikrət İsmayılov öz həqiqi vətəndaşlıq borcunu yerinə
yetirərək milli mənafelərə sədaqət nümayiş etdirmişdir.
Elmi və ictimai fəaliyyəti yüksək qiymətləndirilən Fikrət İsmayılov
bir sıra təltiflərə, o cümlədən müstəqil Azərbaycan Respublikasının
ali mükafatlarından “Şöhrət” ordeninə layiq görülmüşdür.
Tanınmış ictimai xadim və alim, təvazökar və səmimi insan Fikrət
İsmayıl oğlu İsmayılovun xatirəsi onu tanıyanların qəlbində daim
yaşayacaqdır.
Allah rəhmət eləsin!
İlham Əliyev
Artur Rasizadə
Oqtay Əsədov
Ramiz Mehdiyev
Mehriban Əliyeva
Elçin Əfəndiyev
Əli Şamil oğlu Həsənov
Əli Əhmədov
Akif Əlizadə
Hacıbala Abutalıbov
Fatma Abdullazadə
İbrahim Mehdiyev
Nazim Məmmədov
-
Sosial16:36
Güclü külək əsəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
-
Magazin116:11
Zülfiyyə Aşıq Tellini biabır etdi: “Restoranda yeyir, sonra da...”
-
Sağlamlıq15:41
Marketlərdə satılan bu yuyucu tozlar XƏRÇƏNG YARADIR
-
Nida Xəbər 15:11
Təsdiqləndi: Bu şəxslərin MAAŞI ARTIRILDI - MƏBLƏĞLƏR
-
Dünya14:08
Makronla Silvanın romantik pozaları gündəmi silkələdi - FOTO
-
Sosial13:47
Bu şəxslər pensiyaya 5 il erkən çıxacaq
-
Yaxın Şərq13:16
Mahmud Abbas ermənini nazir təyin etdi - FOTO
-
Sosial13:03
Sabah 25 dərəcə isti olacaq