Malena Mard: “Azərbaycanla müştərək hava məkanı danışıqlarına hazırıq”
Bizi izləyin

İqtisadi gündəm

Malena Mard: “Azərbaycanla müştərək hava məkanı danışıqlarına hazırıq”

Avropa İttifaqı (Aİ) Azərbaycanla müştərək hava məkanı ilə bağlı danışıqlara başlamağa hazırdır.

Trend-in məlumatına görə, bunu çərşənbə axşamı mətbuat konfransında Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Malena Mard bildirib.

M.Mardın sözlərinə görə, Azərbaycanla Aİ arasında müştərək hava məkanının yaradılması məsələsinə Aİ-nin may ayında Riqada keçiriləcək sammitində də toxunulacaq.

Diplomat qeyd edib ki, ötən il ərzində bu məsələ tərəflər arasında müzakirə olunmayıb.

“Azərbaycan tərəfinin razılığı olarsa, biz bu il danışıqlara başlamağa hazırıq”, – deyə Aİ-nin Bakı ofisinin rəhbəri əlavə edib.

Qeyd edək ki, müştərək hava məkanının yaradılması Avropa Komissiyasının təşəbbüsüdür və bu təşəbbüs Avropa ölkələrinin çoxu üçün hava məkanının bölünməsi və idarəsi vahid sistemdə olacaq. Azərbaycanın Aİ ilə əməkdaşlıq münasibətləri “Şərq Tərəfdaşlığı” layihəsi çərçivəsində gerçəkləşir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm