
2013-cü ildə “İpək yolu” nəqliyyat dəhlizinin Azərbaycan ərazisində 59,0 milyon ton və ya əvvəlki illə müqayisədə 3,8 faiz çox yük, 285,2 milyon nəfər və ya 9,3 faiz çox sərnişin daşınıb.
Dəhlizdə daşınmış yüklərin 46,5 faizi avtomobil, 36,2 faizi
dəmir yolu, 17,3 faizi dəniz nəqliyyatının payına düşüb, avtomobil
nəqliyyatında 9,0 faiz, dəmir yolu nəqliyyatında 0,2 faiz artım
qeydə alınıb.
Dəhliz vasitəsilə daşınmış yüklərin 25,0 faizini və ya 14,8 milyon
tonunu tranzit yüklər təşkil edib.
Yük daşımaları fəaliyyətindən 476,3 milyon manat, sərnişin
daşınmasından isə 106,5 milyon manat gəlir əldə olunmuş və müvafiq
olaraq 7,5 faiz və 15,8 faiz artıb./anspress/