Rusiya gömrük şefi: “Azərbaycanlı həmkarlarımızdan çox şey öyrənməliyik”
Bizi izləyin

İqtisadi gündəm

Rusiya gömrük şefi: “Azərbaycanlı həmkarlarımızdan çox şey öyrənməliyik”

“Rusiya gömrükçüləri öz azərbaycanlı həmkarlarından çox şey öyrənməlidirlər”.

Axar.az xəbər verir ki, bu açıqlama ilə Rusiya Federal Gömrük Xidmətinin rəhbəri Andrey Belyaninov çıxış edib.

O, Azərbaycanla Rusiya gömrükçüləri arasında əlaqələrin sürətlə inkişaf etdirildiyini bildirib:

“Biz azərbaycanlılardan çox şey öyrənirik. Azərbaycanlı gömrükçülər xüsusilə İT texnologiyaları sahəsində və buraxılış məntəqələrində texniki vasitələrdən istifadə edərək işin təşkil edilməsində çox inkişaf ediblər. Biz onlarda çox şeyə baxmışıq və onların icazəsilə bunu özümüzün gündəlik praktikamızda istifadə edəcəyik. Həmçinin Azərbaycan Gömrük Xidmətinin rəhbəri cənab Aydın Əliyev MDB ölkələrinin Gömrük xidmətləri arasında duayen (diplomatik nümayəndələrdən öz dərəcəsinə və akkreditə vaxtına görə ən böyüyü) oldu. Ona görə də böyüyə necə yanaşmaq lazımdır? Yalnız böyük hörmət və ehtiramla”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm