İqtisadi gündəm
İlham Əliyev sərgidə olub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva aprelin 3-də Bakı Ekspo Mərkəzində “AITF-2015” XIV Azərbaycan Beynəlxalq turizm və səyahətlər, “HOREX Caucasus-2015” IX Qafqaz Beynəlxalq mehmanxana, restoran və supermarketlər üçün avadanlıq və ləvazimatlar, həmçinin “CIBS-2015” II Xəzər Beynəlxalq kater və yaxtalar sərgiləri ilə tanış olublar.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev məlumat verdi ki,
“AITF-2015” sərgisi çərçivəsində dünyanın 42 ölkəsini təmsil edən,
ümumilikdə, 371 şirkət tərəfindən 80-dək turizm istiqaməti nümayiş
olunur. Sərgidə öz milli səyahət büroları və səfirliklərinin
dəstəyi ilə Argentina, Bolqarıstan, İran, Gürcüstan, Dominikan
Respublikası, Hindistan, Malayziya, Mərakeş, Birləşmiş Ərəb
Əmirlikləri, Sloveniya, Tailand, Türkiyə və digər ölkələrdən 17
milli qrup iştirak edir. Milli stendlər arasında debütant ölkə
Maldiv Adalarıdır. İştirakçıların 60 faizi xarici, 40 faizi isə
yerli şirkətlərdir. Eksponentlər arasında turoperatorlar, milli
turizm təşkilatları, otel şəbəkələri, sanatoriyalar, pansionatlar,
müalicə-sağlamlıq və SPA mərkəzləri, idman və ekoloji turizm
obyektləri var.
“AITF-2015” sərgisində Azərbaycanın turizm imkanları da geniş
təqdim olunur. Gəncə, İsmayıllı, Lənkəran, Masallı, Mingəçevir,
Naxçıvan, Qəbələ, Qax, Quba, Zaqatala, Xaçmaz, Şəki və digər
rayonlar respublikamızın turizm poitensialını nümayiş etdirir.
Sərgidə ənənəvi olaraq qonaqları regionun tarixi-mədəni irsi ilə
tanış edən Qarabağ stendi də təqdim olunur.
“HOREX Caucasus” sərgisi ilə tanışlıq zamanı isə bildirildi ki,
yaxın gələcəkdə ölkəmizdə çoxsaylı beynəlxalq tədbirlərin
keçirilməsi ilə əlaqədar mehmanxana, restoran, idman kompleksləri
və biznes mərkəzlərinin intensiv tikintisi reallaşdırılır. Bu isə
“HOREX Caucasus-2015” sərgisinin əhəmiyyətini daha da artırır. Belə
ki, məhz bu sərgidə yeni inşa edilmiş və gələcəkdə tikiləcək
obyektlər üçün “Mehmanxana, restoran və kafelər” (“HoReCa”) sektoru
üzrə aparıcı beynəlxalq istehsalçı və distribüterlərin təklif
etdikləri bütün zəruri avadanlıq və ləvazimatları, eləcə də qida
məhsulları və içkiləri seçmək mümkündür. IX Qafqaz Beynəlxalq
mehmanxana, restoran və supermarketlər üçün avadanlıq və
ləvazimatlar sərgisində Azərbaycan, İtaliya, Koreya Respublikası,
Litva, Rusiya və Türkiyənin aparıcı şirkətləri iştirak edir.
Diqqətə çatdırıldı ki, “CIBS-2015” II Xəzər Beynəlxalq kater və
yaxtalar sərgisinin iştirakçıları arasında isə Azərbaycan
Respublikasının Dövlət Dəniz Administrasiyası, “Arcadia Marine
House”, Azərbaycan Üzgüçülük Federasiyası, “Baku Marine Service”,
“Regal Boats”, “Seagull Caspian” və digər şirkətlər yer alıblar.
İştirakçıların coğrafiyası Azərbaycan, ABŞ və Ukraynanı əhatə edir.
Sərgi su-motor texnikasını, eləcə də aktiv istirahət üçün müvafiq
məhsulları, habelə sənayenin ən son texnoloji nailiyyətlərini
təqdim edir.
Prezident İlham Əliyev sərginin işinə uğurlar arzuladı.
-
Hadisə09:21
Məktəb binasında yanğın
-
Sosial08:43
Azərbaycanın tanınmış professoru vəfat etdi - FOTO
-
Magazin208:36
Kristofer Nolan cəngavər olacaq, xanımı isə... - FOTO
-
Ekologiya07:17
Bu günə olan hava PROQNOZU - 20 dərəcə isti
-
Magazin206:16
Leonardo Di Kaprio ilə sevgilisi arasında NƏ BAŞ VERİR?
-
Səhiyyə05:15
Ömrü uzadan pəhriz sınaqdan UĞURLA ÇIXDI
-
Avropa03:43
Meqan Markl Keyt Middltonun xəstəliyindən necə istifadə etdi? - ŞOK DETALLAR
-
Avropa02:00
Azərbaycanlı jurnalist Kiyevdə vəfat etdi - FOTO