Müdafiə Nazirliyi Ermənistanın cavabını verdi
Bizi izləyin

İqtisadi gündəm

Müdafiə Nazirliyi Ermənistanın cavabını verdi

“Ermənistanın elektron kütləvi informasiya vasitələrinin Azərbaycan Silahlı Qüvvələrinin cəbhədə guya təxribat törətməsi və bunun nəticəsində itki verməsi barədə yaydığı növbəti məlumat yalan və uydurmadır”.

Publika.az-ın məlumatına görə, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda deyilir ki, erməni silahlı qruplaşmaları arasındakı ziddiyyətlər, Ermənistandan çağırılan hərbi qulluqçularla Dağlıq Qarabağın yerli erməniləri arasındakı daxili çəkişmələr nəticəsində bir-birini gülləbaran etməsindən sonra düşmən hər dəfə Azərbaycan tərəfini günahkar çıxarmağa cəhd göstərir. Heç şübhəsiz, ötən gecə cəbhədə baş verən hadisə də məhz bu qəbildəndir.

Müdafiə Nazirliyi bildirir ki, Azərbaycan Silahlı Qüvvələri bütün cəbhə boyu əməliyyat şəraitinə tam nəzarət edir və düşmənin istənilən hərəkətinin qarşısını almağa hər an hazırdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm