Kəmaləddin Heydərov Əfqanıstan mədən və neft naziri ilə görüşüb
Bizi izləyin

İqtisadi gündəm

Kəmaləddin Heydərov Əfqanıstan mədən və neft naziri ilə görüşüb

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov 9 aprel 2015-ci il tarixində ölkəmizdə səfərdə olan Əfqanıstan İslam Respublikasının mədən və neft naziri Daud Şah Sabanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirlikdən Publika.az-a verilən məlumata görə, qonaqları səmimi salamlayan nazir Kəmaləddin Heydərov Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti haqqında ətraflı məlumat verib, iki ölkənin uyğun qurumları arasında qarşılıqlı faydalı əməkdaşlığın geniş perspektivləri olduğunu vurğulayıb. Nazir bildirib ki, iki dost ölkənin dövlət və hökumət nümayəndələrinin qarşılıqlı səfərləri əlaqələrin inkişafına stimul verir.

Səmimi qəbula görə təşəkkürünü bildirən Daud Şah Saba qeyd edib ki, onun rəhbərlik etdiyi nazirlik Fövqəladə Hallar Nazirliyi ilə müvafiq sahələrdə əməkdaşlığın daha da möhkəmləndirilməsində maraqlıdır.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm