Yol polisindən Avropa Oyunları ilə bağlı XƏBƏRDARLIQ
Bizi izləyin

İqtisadi gündəm

Yol polisindən Avropa Oyunları ilə bağlı XƏBƏRDARLIQ

Avropa Oyunları ərəfəsində Bakıda nəzarət gücləndiriləcək.

Publika.az-ın məlumatına görə, bu barədə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi Vaqif Əsədov bildirib. Onun sözlərinə görə, iştirakçıların təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün bir çox ərazilərdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq. Yol polisi bildirib ki, bunun üçün bir çox işlərin gecə saatlarında görülməsi üçün xüsusi tədbirlər həyata keçiriləcək.

Vaqif Əsədov deyib ki, paytaxtın inzibati ərazisindəki 9 məntəqə və lazımı yollar, onlarla kəsişən küçələrdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq. Bunları nəzərə alaraq, vətəndaşlara Avropa Oyunları zamanı şəxsi avtomobillərindən istifadə etməməyi tövsiyyə edirik. Vətəndaşların rahatlığını təmin etmək üçün xüsusi müasir avtobuslar xidmətə buraxılacaq. Onlardan səmərəli istifadə olunmalıdır.

Onun sözlərinə görə, həmin dövrdə təmir bərpa işlərinin, kommunal təsərrüfat işlərinin görülməsi ancaq gecə saatlarda reallaşa biləcək. Gündüzlər bu işlərə qadağa qoyulacaq.

Apteklərə dərman lavazımatlarının paylanması, ərzaq dükanlarına malların verilməsi də yalnız gecə saatlarında həyata keçiriləcək.

“Həm dükan sahiblərinə, həm topdansatış mərkəzlərinn rəhbərlərinə, həm də istehsalçılara tapşırılacaq ki, məhsulların daşınmasını yalnız gecə saatlarında həyata keçirsinlər. Özəl şirkətlərin rəhbərlərilə də əlaqə saxlanılacaq ki, mümkün dərəcədə həmin vaxt işçiləri məzuniyyətə, yaxud ezamiyyətə göndərsinlər. Yük daşınması ilə məşğul olanlar da, çalışıb işlərini həmin günlərə qədər yekunlaşdırsınlar”, - Əsədov əlavə edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm