Belarusun “7 дней” qəzetində akademik Zərifə Əliyeva barədə məqalə
Bizi izləyin

İqtisadi gündəm

Belarusun “7 дней” qəzetində akademik Zərifə Əliyeva barədə məqalə

Belarusun ən çox oxunan “7 дней” qəzetində Azərbaycanın görkəmli oftalmoloq alimi, akademik Zərifə xanım Əliyeva haqqında məqalə dərc olunub.


Azərbaycanın Belarusdakı səfirliyindən AZƏRTAC-a bildirilib ki, Zərifə xanım Əliyevanın anadan olmasının 92-ci ildönümü ərəfəsində dərc edilmiş məqalədə görkəmli alimin həyat və fəaliyyətindən, tibb sahəsindəki xidmətlərindən və nailiyyətlərindən söhbət açılır.


Qeyd edək ki, Azərbaycanın Belarusda təbliği, ölkəmizlə bağlı həqiqətlərin, habelə xalqımızın görkəmli şəxsiyyətləri barədə məlumatların yerli ictimaiyyətə daha dolğun şəkildə çatdırılması məqsədilə Belarusun aparıcı mətbuat orqanları, televiziya kanalları ilə əlaqələr daha da genişləndirilib və bu sahədə mühüm layihələr həyata keçirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm