Kəmaləddin Heydərov BƏƏ səfiri ilə görüşüb
Bizi izləyin

İqtisadi gündəm

Kəmaləddin Heydərov BƏƏ səfiri ilə görüşüb

Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Salem Xalifa Mohamed Əl-Ğaflini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, K.Heydərov iki dost ölkənin müvafiq qurumlarının fövqəladə halların qarşısının alınması, onların nəticələrinin aradan qaldırılması sahəsində uğurlu əməkdaşlığından məmnunluğunu ifadə edib, bu əlaqələrin daha da inkişaf etdirilməsi üçün geniş perspektivlərin olduğunu vurğulayıb.

Səfir Azərbaycanla BƏƏ arasında fövqəladə halların idarə edilməsi sahəsində əlaqələrin daha da genişləndiriləcəyinə əminliyini bildirib.

K.Heydərov diplomata gələcək diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm