İqtisadi gündəm
Vətəndaşlıqla bağlı yeni təklif – Cinayət məsuliyyətinə cəlb olunsun
Xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı bu barədə Azərbaycanın müvafiq icra hakimiyyəti orqanına məlumat vermədiyi halda məsuliyyətə cəlb ediləcək.
Publika.az-ın məlumatına görə, bununla bağlı Azərbaycan Prezidenti tərəfindən Cinayət Məcəlləsinə yeni 318-2 (Xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı tərəfindən bu barədə məlumatın verilməməsi) maddəsinin əlavə olunması təklif edilir.
Maddəyə əsasən, xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı tərəfindən bu barədə müvafiq icra hakimiyyəti orqanına bir ay müddətində yazılı məlumatın verilməməsinə görə 3 min manatdan 5 min manata qədər cərimə və ya 360 saatdan 480 saatadək ictimai işləri cəzası nəzərdə tutulur.
Layihə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi tərəfindən Milli Məclisin plenar iclasına tövsiyə olunub və növbəti iclasda müzakirəyə çıxarılacaq.
Vasif Həsənli
-
MDB15:17
İstanbul razılaşması: Moskva Kiyevə hansı zəmanəti veribmiş? - Lavrov sirri açdı
-
Nida Xəbər 15:02
Bu universitetin mətbuat katibi vəzifəsindən ayrıldı - FOTO
-
İqtisadi gündəm14:17
Azərbaycan əhalisi ərzağa bu qədər pul xərcləyir: Maaşdan yerdə nə qalır?
-
Səhiyyə13:51
Teymur Musayev əmr imzaladı - Bu uşaqlara...
-
İdman13:26
Musa Qurbanlının Messi ilə FOTOSU yayıldı: Onlar necə görüşüb?
-
İdman13:01
"Real"ı yarımfinala daşıyan Luninin memar gözəlçəsi - FOTOLAR
-
Sosial12:31
Kəmaləddin Heydərov onu yüksək vəzifəyə təyin etdi - FOTO
-
Maraq dünyası12:00
May ayının şanslı BÜRCLƏRİ