İqtisadi gündəm
İlham Əliyev yeni metro qatarlarında yaradılan şəraitlə tanış olub - FOTOLAR
Aprelin 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Metropolitenində olub.
Dövlətimizin başçısı Bakı Metropoliteninin Nəriman Nərimanov adına
elektrik deposunda metropolitenin qatar parkının yenilənməsi
məqsədilə paytaxta gətirilən yeni qatarlarda yaradılan şəraitlə
maraqlanıb.
"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin sədri Zaur
Hüseynov dövlətimizin başçısına məlumat verdi ki, metropolitenin
qatar parkının yenilənməsi məqsədilə dəmir yolu infrastrukturunda
dünyada aparıcı mövqe tutan, böyük nüfuza malik və “Metrovaqonmaş”
Səhmdar Cəmiyyətinin səhmlərinin 25 faizinin sahibi olan Fransanın
“Alstom” şirkəti ilə ötən il memorandum imzalanıb. Həmin
memorandumun şərtlərinə uyğun olaraq, bu şirkətlə “Bakı
Metropoliteni” QSC arasında bağlanan müqaviləyə əsasən, 5 vaqondan
ibarət üç qatarın alınması nəzərdə tutulub. Artıq iki qatar
paytaxta gətirilib.
Alınan qatarlar texniki innovasiyalar baxımından 4-cü nəslə
mənsubdur. Bu nəsil qatarların idarə edilməsi mikroprosessor
əsasında həyata keçirilir. Əvvəlki nəsil qatarlardan fərqli olaraq,
yeni qatarların dartı mühərrikləri dəyişən cərəyanla işləyir. Əgər
əvvəlki nəsil qatarların mühərriklərinin gücü 114 kilovat idisə,
indi bu rəqəm 170 kilovat təşkil edir. Köhnə vaqonların çəkisinə
gəlincə, əvvəllər bu göstərici baş vaqon üçün 38, aralıq vaqon üçün
36 ton təşkil edirdi. İndi isə yeni nəsil vaqonlarda baş vaqonun
çəkisi 34, aralıq vaqonun çəkisi 29 tondur. Yeni nəsil vaqonların
banı paslanmayan metaldandır və bu qatarlarda əvvəlkilərdən fərqli
olaraq vaqonlararası birbaşa keçid var. Bütün vaqonlarda daha
mükəmməl havalandırma sistemi quraşdırılıb. Vaqonların salonunda
“hərəkətli sətir” sistemi və təhlükəsizliyin təmin edilməsi üçün
müşahidə kameraları qoyulub.
Dövlətimizin başçısına məlumat verildi ki, qısa vaxtda Bakı
Metropoliteninin infrastrukturunun beynəlxalq standartlara uyğun
yenidən qurulması istiqamətində görülmüş əhəmiyyətli işlərdən biri
də burada Diaqnostika Kompleksinin yaradılmasıdır. Belə ki, xaricdə
istehsal olunan ən müasir serverlər və fasiləsiz cərəyan təminatı,
lazer optik sistemləri, cərəyan çeviriciləri, işçi kompyuter
avadanlığı, GPS - koordinasiya qurğusu və digər müasir sistem və
qurğularla təchiz olunmuş Diaqnostika Kompleksi qatarların
hərəkətinin tam təhlükəsizliyini, səlistliyini və sərnişindaşımanın
rahatlığını təmin edəcək. Kompleksin əsas vəzifəsi qatarların
avtomatik sürət tənzimlənməsi sisteminin kod və siqnallarını
nəzarətdə saxlamaqdır. Bundan başqa, Diaqnostika Kompleksinin
verdiyi imkanlardan bəhrələnərək rels dövrələrində cərəyan
asimmetriyasının təyin edilməsi, tunellərdə qızmaya məruz qalma
ehtimalı olan bütün avadanlıq və texniki qurğulara teplovizion
nəzarətin aparılması mümkündür. Kompleks, həmçinin qatarların səlis
və rahat hərəkətinə maneə yarada biləcək bütün fıziki amillərin
qeydiyyatı və analizinə, qüsurların qabaqcadan proqnozlaşdırılması
və avtomatik nəzarətə götürülməsinə, bütün əməliyyatların xətti
video şəklində qeydə alınmasına və digər tədbirlərin aparılmasına
imkan verəcək.
Yeni nəsil vaqonların tutumu 330 sərnişin təşkil edir. Köhnə
vaqonlarda isə bu rəqəm 308 idi. Bu texniki göstəricilərdən
göründüyü kimi, müasir tələblərə cavab verən yeni qatarlar ən
mütərəqqi texnologiyaya, idarəetmə üsuluna malik olmaqla,
sərnişinlərin rahat və təhlükəsiz daşınmasını yüksək səviyyədə
təmin edəcək.
Qeyd edək ki, son vaxtlar Bakı Metropolitenində aparılan abadlıq
işləri nəticəsində depo ərazisindəki park yenidən qurulub. Burada
depo işçiləri üçün yeməkxana və ehtiyat avadanlıq saxlanan böyük
anbar kompleksi tikilib.
AZƏRTAC
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu