Bakı-2015-lə bağlı Dislokasiya Planı hazırlanıb
Bizi izləyin

İqtisadi gündəm

Bakı-2015-lə bağlı Dislokasiya Planı hazırlanıb

Avropa Oyunları ilə bağlı Dislokasiya Planı hazırlanaraq təsdiqlənib.

Publika.az-ın Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən məlumatına görə, bu barədə aprelin 16-da Daxili İşlər Nazirliyində «Vətəndaşların şəxsiyyət vəsiqələri ilə təmin edilməsi»nin və « I Avropa Oyunları ilə əlaqədar ictimai qaydanın qorunması, ictimai təhlükəsizliyin təmin edilməsi və texniki vasitələrlə təminat sahəsində görülən işlər»in vəziyyətinə və qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclasında bildirilib.

Gündəlikdəki birinci məsələ ilə bağlı Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəisi, polis general-mayoru Ərziman Əliyev məruzə ilə çıxış edib.

Qeyd olunub ki, cari ilin dekabr ayından yeni nəsil şəxsiyyət vəsiqələrinin tətbiqinə başlanılacağı nəzərə alınaraq qarşıda duran məsələlərin operativ həlli məqsədilə DİN-in müvafiq əmri ilə rəhbər vəzifəli əməkdaşlardan və mütəxəssislərdən ibarət Xüsusi Komissiya yaradılıb. Komissiya tərəfindən Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 1 dekabr tarixli Sərəncamı rəhbər tutularaq həyata keçirilən tədbirlər çərçivəsində biometrik şəxsiyyət vəsiqələrinin çap olunacağı 9 regional mərkəzin infrastrukturu yenilənib, «Giriş-çıxış və qeydiyyat» İdarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin şəxsiyyət vəsiqələri üzrə alt sisteminin təkmilləşdirilməsi ilə bağlı texniki layihə hazırlanıb.

Baş İdarənin nəzarəti altında keçirilmiş tədbirlərlə səyyar qruplar tərəfindən etibarlılıq müddəti bitmiş 200 minədək şəxsiyyət vəsiqəsi dəyişidirlib, xarici ölkələrdə yaşayan vətəndaşların siyahıları dəqiqləşdirilib. Respublikanın ümumtəhsil müəssisələrinin 9-cu və 11-ci sinif şagirdlərinin şəxsiyyət vəsiqələri ilə təmin edilməsi işinin sürətləndirilməsi üçün ötən il orta məktəblərdə məqsədli tədbirlər təşkil olunub, ölkə üzrə 197.723 şagird şəxsiyyət vəsiqəsi ilə təmin edilib.

I Avropa Oyunları ilə əlaqədar ictimai qaydanın qorunması, ictimai təhlükəsizliyin təmin edilməsi və texniki vasitələrlə təminat sahəsində görülən işlər barədə Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis general-mayoru Cavanşir Məmmədov, Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov və Baş İnformasiya-Kommunikasiya İdarəsinin rəisi, polis general-mayoru Dilqəm Aslanov məruzələrlə çıxış ediblər.

Qeyd olunub ki, qarşıya qoyulan vəzifələrin tam və vaxtında yerinə yetirilməsi üçün hələ 2013-cü il fevral ayının 4-də Nazirlikdə əməliyyat müşavirəsi keçirilib. Müşavirənin qərarına əsasən texniki vasitələrə, əşya və ləvazimatlara olan tələbat müəyyən edilib, xüsusi komissiya yaradılıb, təşkilati iş, şəxsi heyətin hazırlığı, profilaktik tədbirlər, ictimai qaydanın qorunması, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi sahələrində qarşıda duran vəzifələrə dair tədbirlər planı təsdiqlənərək icraya yönəldilib.

Təhlükəsizlik məsələlərinin həlli ilə bağlı Avropa Oyunları Əməliyyat Komitəsi tərəfindən yaradılmış işçi qrupun tərkibində Nazirliyin əməkdaşları da iştirak edirlər.

Oyunlar zamanı ictimai qaydanın, ictimai təhlükəsizliyin etibarlı təmini, yarış və qeyri-yarış obyektlərinin mühafizəsi məqsədilə Dislokasiya Planı hazırlanaraq təsdiqlənib. Nazirliyin xidmətlərinin, ərazi polis orqanlarının, nizami polis hissələrinin və Daxili Qoşunların hərbi qulluqçularının fəaliyyətinin koordinasiyası, tədbirin təşkilatçıları, aidiyyəti dövlət qurumları ilə qarşılıqlı əlaqələrin təşkili, əməliyyat şəraitinin fasiləsiz izlənilməsi, vəziyyətin dəyişməsinə operativ reaksiya verilməsi, hüquq qaydasına nəzarətin həyata keçirilməsi məqsədilə müvafiq əmrlə Əməliyyat Qərargahı və əlavə köməkçi qərargahlar yaradılıb.

Kollegiya iştirakçılarının nəzərinə çatdırılıb ki, Oyunlar zamanı asayişin qorunması sahəsində təcrübə mübadiləsinin səmərəliliyinin artırılması üçün cari ilin martın əvvəllərində Avstriya Federal Daxili İşlər Nazirliyinin və Vyana Polis Departamentinin ictimai təhlükəsizlik bölməsinin əməkdaşları Azərbaycanda səfərdə olub. Baş İctimai Təhlükəsizlik İdarəsində, «Təhlükəsiz şəhər», «102» xidməti-zəng mərkəzində görüşlər, Çevik Polis Alayında seminar-məşğələlər keçirilib, təhlükəsizlik məsələlərinə dair fikir mübadiləsi aparılıb.

Bununla yanaşı, martın 10-da I Avropa Oyunları zamanı ictimai qaydanın qorunması, ictimai təhlükəsizliyin təmin edilməsi, cinayətlərin qarşısının alınması, ərazinin mühafizəsi və nəzarət-buraxılış tədbirlərinə cəlb ediləcək qüvvə və vasitələrin ümumi sayını və funksiyalarını müəyyən edən plan-hesab hazırlanaraq köməkçi qərargahlara təqdim olunub. O da qeyd olunub ki, martın 27-də daxili işlər naziri, general-polkovnik Ramil Usubov tərəfindən Bakı Olimpiya Stadionunda, Milli Gimnastika Arenasında, Atletlər və Media kəndlərində, Bakı İdman Zalında, Avropa Oyunları Parkında, BMX Veloparkında, Bakı Atıcılıq Mərkəzində xidmətin təşkilinin vəziyyəti yoxlanılıb.

Məruzəətrafı çıxışlarda müzakirə olunan məsələlər üzrə görülmüş işlər barədə ətraflı danışılıb və qarşıda duran vəzifələr qeyd olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm