Erməni ordusu işğal olunmuş ərazidə təlim keçir
Bizi izləyin

İqtisadi gündəm

Erməni ordusu işğal olunmuş ərazidə təlim keçir

Ermənistan ordusu işğal etdiyi Azərbaycan ərazilərində irimiqyaslı hərbi təlimlərə başlayıb.

Publika.az-ın məlumatına görə, bu barədə Ermənistanın “news.am” informasiya agentliyi xəbər yayıb. Məlumata görə, təlimləri aprelin 16-da Dağlıq Qarabağ separatçılarının lideri Bako Saakyan da izləyib.Təlimlərin nə qədər davam edəcəyi və ora cəlb edilən hərbi qüvvələrlə bağlı hələlik ətralı məlumat verilmir.

1990-cı illərin əvəllərində gedən hərbi toqquşmalar zamanı erməni silahlı qüvvələri Azərbaycanın Dağlıq Qarabağ regionu və onun ətrafında 7 rayonu işğal edib. Tərəflər 1994-cü ildə atəşkəsə razılaşsalar da hələlik yekun sülh razılaşması əldə etmək mümkün olmayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm