Bir şəklin tarixçəsi – Foto
Bizi izləyin

İqtisadi gündəm

Bir şəklin tarixçəsi – Foto

70-ci illərdə SSRİ-də şahmat xüsusi bir idman sahəsi olaraq fərqlənirdi. Sovet cəmiyyətində qədim hind oyununa maraq böyük idi. O dövrdə Mərkəzi Komitədə çalışan professor Çapay Sultanov öz kitabında yazır ki, Bakıda tez-tez gənc şahmatçıların ümumittifaq turniri keçirilirmiş.

Modern.az-ın “Bir şəklin tarixçəsi” rubrikasında təqdim etdiyi bu fotoşəkil də həmin dövrdən bəhs edir. Şəkildə 80-ci illərin əvvəllərində Bakıda təşkil edilən şahmat turnirinin iştirakçıları əks olunub. Şəkildəkilərdən bir nəfər şahmatçı deyil – ön sırada solda dayanan şəxs...

Bu, o zaman 26-lar rayonunun (indiki Səbail) Partiya Komitəsinin birinci katibi Ramiz Mehdiyevdir. Cənab Mehdiyev şahmat turnirinin iştirakçılarını qəbul edəndən sonra onunla şahmatçıların bu xatirə şəkli çəkilib. Ramiz müəllimin yanındakı xanım məşhur gürcü şahmatçısı, dünya çempionu Maya Çiburdanidzedir... Onun adı 80-ci illərdə bir şahmatçı kimi təkcə SSRİ-də deyil, xaricdə də məşhur idi...

Görüşdən sonra R.Mehdiyev nə barədəsə o zaman tanınmış qrossmeystr Eduard Qufeldlə xeyli söhbət edibmiş. Sonradan Qufelddən “siz nə barədə danışrdınız?” soruşduqda qrossmeystr belə cavab vermişdi: “Mənim Rusiyanın, Ukraynanın, Gürcüstanın çox sayda yüksək partiya işçiləri ilə görüşüm olub. Amma Mehdiyev nəsə qeyri-adidir. İclasda şahmat haqqında ümumi danışan, partiyanın qayğısından bəhs edən Ramiz müəllim mənimlə təkbətək söhbətdə şahmat barədə elə məsələlərə toxunurdu ki, ona cavab verməkdə çətinlik çəkirdim”.

Yeri gəlmişkən, 1981-ci ildə Mərkəzi Komitə işçiləri arasında keçirilmiş şahmat yarışlarında da Ramiz Mehdiyev özünün yaxşı şahmat oynamğı ilə fərqlənib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm