Hollandiya niyə işsizləşir?
Bizi izləyin

İqtisadi gündəm

Hollandiya niyə işsizləşir?

Hollandiya niyə işsizləşir?

Hollandiyanın Statistika Bürosu (CBS), ölkədə işsizlik nisbətində yüksəliş olduğunu bildirib.

Son məlumatlara görə ölkədə işsiz sayında 10 min, işsizlik nisbətində də 0,1% artım oldu.

Hollandiya Sosial sığortalar təşkilatı (UWV) -in məlumatlarına görə, işsizlik maaşı sahələrin sayı, bir ayda 23 minlik artaraq 460 minə yüksəlib.

Hollandiyanın Baş nazirinin köməkçisi, İctimai İşlər və Məşğulluq Naziri Lodewijk Asscher, işsizliyin yüksəlməsinin iqtisadi baxımdan pis bir xəbər olduğunu bildirib.

Asscher, Hollandiyanın NOS televiziyasına etdiyi şərhdə işsizlərin məşğulluğu və iş zəmanəti mövzularında hökumət olaraq əllərindən gələni etməyə çalışacaqlarını ifadə edib.

Asscher, işsizliyin yalnız gəlir itkisi deyil, ictimai əlaqələrin zəifləməsi və güvən itkisi mənasına da gəldiyinə vurğulayıb.

Beynəlxalq İş Təşkilatı ILO -in meyarlarına görə isə Hollandiyadakı işsizlik nisbəti 2014 –cü ildə Yanvar ayında 7% -dən 7,1% -ə yüksəlib.

Odər Qəni

Oxumağa davam et
Reklam
Reklam

Gündəm