İqtisadi gündəm
Yol polisindən qadağa
Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi yükdaşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə müraciət edib.
Daxili İşlər Nazirliyinin (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev Trend-ə bildirib ki, son illər respublikada yol-nəqliyyat infrastrukturunun sürətli inkişafı hərəkət iştirakçılarının təhlükəsizliyi və rahatlığı üçün geniş imkanlar yaratsa da, avtonəqliyyat vasitələrində daşınan yüklərin normadan artıq yüklənməsi yolların, körpülərin, yol ötürücülərinin və digər yol qurğularının vaxtından əvvəl sıradan çıxması ilə yanaşı hərəkətin təhlükəsizliyinin təmin olumasında da ciddi problemlər yaradır.
Onun sözlərinə görə, yükləmə və yükdaşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər bu barədə dəfələrlə xəbərdar olunmalarına və inzibati qaydada tənbeh edilmələrinə baxmayaraq bu kimi hallar hələ də davam edir.
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi yükdaşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin, eləcə də bu sahədə fəaliyyət göstərən sürücülərin nəzərinə çatdırır ki, həmin şəxslərə məxsus olan iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla yüklənməsinə, habelə bu parametrlərin aşılmasına səbəb olmuş yükləməni həyata keçirən hüquqi şəxslər barəsində Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun qaydada inzibati tənbeh tədbirləri görülməklə nəqliyyat vasitələri yol hərəkətində iştirakdan kənarlaşdırılacaq: "Xahiş edirik, yükdaşıma qaydalarına ciddi riayət edəsiniz!"
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...