İqtisadi gündəm
Riqada Xocalı faciəsi ilə bağlı mərasim keçirilib
Latviyadakı Riqa Klassik Gimnaziyasında "Ocaq" Latviya-Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib.
Bu barədə İnterAz-a Diasporla İş Üzrə Dövlət Komitəsindən məlumat verilib.
Tədbirdə Gimnaziyanın şagirdləri anım günü münasibətilə Xocalıda baş verən hadisələrlə bağlı hazırladıqları kiçik səhnəciyi nümayiş etdirib. Mərasimdə Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları, Azərbaycanın Respublikasının Latviya Respublikasındakı Səfirliyinin nümayəndələri, Latviyanın kütləvi informasiya vasitələrinin, latış və rus xalqının təmsilçiləri və burada yaşayan azərbaycanlılar iştirak edib. Tədbirdə Ocaq Latviya Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Roman Aliyev, Azərbaycanın Respublikasının Latviya Respublikasındakı səfirinin müşaviri Gəray Muradov və digərləri çıxış edərək erməni qəsbkarlarının xalqımıza qarşı törətdiyi soyqırım haqqında geniş məlumat veriblər.
Qeyd edək ki, "Ocaq" Latviya-Azərbaycan Mədəniyyət Mərkəzininrəhbəri Roman Aliyev eyni zamanda Riqa Klassik Gimnaziyasın direktorudur. Gimnaziyada azərbaycanlılarla yanaşı, ruslar latışlar da təhsil alır.
-
İdman17:06
"Qarabağ"ı yıxan futbolçu İstanbul nəhənginin hədəfində
-
Sosial16:36
Güclü külək əsəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
-
Magazin116:11
Zülfiyyə Aşıq Tellini biabır etdi: “Restoranda yeyir, sonra da...”
-
Sağlamlıq15:41
Marketlərdə satılan bu yuyucu tozlar XƏRÇƏNG YARADIR
-
Nida Xəbər 15:11
Təsdiqləndi: Bu şəxslərin MAAŞI ARTIRILDI - MƏBLƏĞLƏR
-
Dünya14:08
Makronla Silvanın romantik pozaları gündəmi silkələdi - FOTO
-
Sosial13:47
Bu şəxslər pensiyaya 5 il erkən çıxacaq
-
Yaxın Şərq13:16
Mahmud Abbas ermənini nazir təyin etdi - FOTO