• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Qiymətli kağızlar bazarının həcmi artdı

Qiymətli kağızlar bazarının həcmi artdı

Ötən il qiymətli kağızlar bazarının həcmi ortalama aylıq 46 faiz artaraq 8,8 milyard manata çatıb.

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsindən Publika.Az-a verilən məlumata görə, bu da ÜDM-in 15,3 faizini, qeyri-neft ÜDM-nin isə 27 faizini təşkil edib.

2013-cü il ərzində şirkətlərin korporativ qiymətli kağızlar bazarından maliyyələşməsi və korporativ alətlərin təkrar ticarətinin yüksək templi artımı nəticəsində korporativ qiymətli kağızlar bazarı ötən il ilə müqayisədə 31 faiz artaraq 1,7 milyard manat olub.

Belə ki, il ərzində maliyyə sektorunu təmsil edən şirkətlərin fond bazarı vasitəsilə kapital cəlb etmək təşəbbüsləri, eləcə də real sektorda fəaliyyət göstərən şirkətlərin səhmlərinin təkrar bazar ticarətində müşahidə olunan aktivlik səhm bazarının ortalama aylıq 66 faiz artaraq 573,2 milyon manat təşkil etməsi ilə nəticələnib.

Leyla

Xəbər lenti

DAHA ÇOX XƏBƏR