İqtisadi gündəm
Səlim Müslümov Dünya Bankının menecerini qəbul edib
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Dünya Bankının (DB) Azərbaycan üzrə meneceri Larisa Lesçenkonu qəbul edib.
Görüşdə S. Müslümov DB ilə birgə icra olunan “Sosial Müdafiənin İnkişafı Layihəsi” -nin işsiz və işaxtaran vətəndaşlara, eləcə də əhalinin sosial cəhətdən həssas qruplarına göstərilən xidmətlərin təkmilləşdirilməsində, əmək hüquqlarının təminatına dövlət nəzarətinin maddi-texniki və institusional potensialının artırılmasında mühüm əhəmiyyət kəsb etdiyini bildirib.
Layihə çərçivəsində aktiv əmək bazarı proqramlarının düzgün idarə olunması üçün informasiya və idarəetmə sisteminin yaradıldığını, İSCO 88/08-ə uyğun təkmilləşmiş peşə və müvafiq təlim standartlarının hazırlandığını da qeyd edən nazir aparılan işlərin qeyd olunan sahələrdə fəaliyyətin müasir beynəlxalq standartlara cavab verən yanaşmalar əsasında qurulmasına imkanlar yaratdığını bildirib.
S. Müslümov hazırda qabaqcıl dünya təcrübəsi əsasında əlil şəxslərin tibbi-sosial reabilitasiya sisteminin təkmilləşdirilməsi, həmin vətəndaşlar üçün yeni reabilitasiya xidməti növlərinin tətbiq olunması, əlilliyin müəyyən edilməsi meyarlarının beynəlxalq standartlara uyğunlaşdırılması işlərinə başlanıldığını vurğulayıb:
“İnkişaf etmiş ölkələrin təcrübəsindən yararlanaraq ölkəmizin inkişafı ilə uzlaşan, müasir tələblərə cavab verən sosial müdafiə sisteminin qurulması məqsədilə nazirliyin fəaliyyət sahələri üzrə ciddi islahatlar həyata keçirilir.
Nəzərdə tutulan institusional islahatların və qanunvericiliyin təkmilləşdirilməsinin daha bir nəticəsi kimi, əhaliyə xidmət sahələrində şəffaflığın təmin olunması tam reallaşacaq, göstərilən xidmətlər daha keyfiyyətli olacaqdır”.
Nazir qarşıdakı dövrdə əməkdaşlığın əhaliyə xidmət sektorlarında, o cümlədən sosial yardım və əlillik təyinatı sahələrində şəffaflıq və ünvanlılığa xidmət edən və qabaqcıl dünya təcrübəsinə uyğun sivil metodların tətbiqi istiqamətində də davam etdirilməsinin məqsədəuyğun olduğunu vurğulayıb.
Görüşdə layihənin icrası sahəsində mövcud vəziyyət nəzərdən keçirilib, əldə olunmuş nəticələr və qarşıda duran vəzifələrlə bağlı fikir mübadiləsi aparılıb.
Odər Qəni
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər
-
Magazin125 Aprel 22:48
Müşfiq Musanın məşhur mahnısını oxudu - VİDEO
-
Magazin125 Aprel 22:00
Firuzə İbadova həmin xəbəri TƏKZİB ETDİ: "Onun ruhu şad olsun deyə..."
-
Sosial25 Aprel 21:24
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular - VİDEO
-
İnanc25 Aprel 20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO