Mərkəzi Klinikanın xəstəni "öldürəcək" qiymətə fantastik ambulans xidməti
Bizi izləyin

İqtisadi gündəm

Mərkəzi Klinikanın xəstəni "öldürəcək" qiymətə fantastik ambulans xidməti

Mərkəzi Klinikanın təxliyyə xidməti minimum əmək haqqından 7 dəfə yüksəkdir

Mərkəzi Klinikanın ötən gün Nərmin Hüseynlinin ambulansla hava limanına 780 manata aparması müzakirə obyekti olaraq qalır.

Düzdür, klinika bir sıra xərcləri nəzərə alaraq təxliyyənini göstərilən qiymətə başa gəldiyini deyir. Lakin ölkə reallıqlarını nəzərə alsaq 780 manat təxliyyə üçün böyük məbləğdir.

Qeyd edək ki, hazırda ölkədə minimum əmək haqqı 105 manat, orta aylıq əmək haqqı 420 manatdır. 780 manat təxliyyə orta aylıq əmək haqqıdan az qala iki dəfə yaxın, minimum əmək haqqından isə 7 dəfə yüksəkdir.

Diqqəti çəkən daha bir məqam digər xəstəxanalarda da təxliyyə xərclərinin məbləğidir. Çünki MK-nın əsaslandırmasına görə xəstəyə göstərilən tibbi xidmət zamanı tibbi personalın əməyindən, dərman və tibbi sərflərdən, tibbi texnologiyanın xidmətindən istifadə olunduğunu, həmçinin təyyarə göyərtəsinə qədər Təcili Yardım briqadasının Ambulansla xəstəni çatdırması üçün Mərkəzi Klinika tərəfindən H. Əliyev adına Beynəlxalq Hava Limanının müvafiq nəzarət strukturlarına keçid vəsiqələri üçün təstiq olunmuş tarifə əsasən maliyyə vəsaiti ödənildiyindən məbləğ şişib.

Müraciət etdiyimiz “Oksigen” klinikasının mətbuat xidmətindən bildirdilər ki, ambulans xidmətinin qiyməti məsafədən asılı olaraq dəyişir:“Qiymətlərimiz 50-100 manat arasındadır.

Adətən şəhər daxili xidmət 50 manat təşkil edir. Şəhərdən kənara çıxdıqda isə 100 manata yüksəlir məbləğ. Həkimlə birlikdə olanda isə qiymət bir az qalxır. Ümumilikdə isə ambulans xidmətimizə həkim, porter, köməkçi olur, həkim üçün lazım olan bütün vəsaitlər daxildir”.

Ölkənin digər bahalı klinikalarından sayılan “Ömür” klinikasından isə onlarda stasionar yox, ambulator müalicə edildiyi söyləndi: “ Həkimlər evlərdə xəstələri müayinə edir.

Bu zaman göndərilən ambulansın qiyməti xəstəlikdən asılı olaraq dəyişir. Amma klinikanın ambulansları, xəstənin xəstəxana, yaxud başqa bir yerə aparılması xidmətini göstərmir”.

N. Tusi adına Klinikadan isə dedi ki, təxliyyə xərcləri məsafədən asılı olaraq dəyişir. Bununla belə klinika başlanğıc qiyməti açıqlamadı.

Məsələ ilə bağlı ekspertlərin rəyinə gəlincə, iqtisadçı-ekspert Samir Əliyevin sözlərinə görə, hər kilometri 36 milyon manata başa gələn aeroport yolunda aparılan xəstədən hər km-ə 26 manat alınması təbiidir.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm