Şahbaz Xuduoğlu 150 min manat cərimələndi
Bizi izləyin

İqtisadi gündəm

Şahbaz Xuduoğlu 150 min manat cərimələndi

Şahbaz Xuduoğlu 150 min manat cərimələndi

Qanun” Nəşrlər Evinin sahibi Şahbaz Xuduoğlu 150 min manat cərimələnib.

Bu barədə “Axar.az”a naşir özü məlumat verib. Naşir bu vəziyyətə etiraz da edib:

“Bilirsiniz ki, Vergilər Nazirliyi bir müddət əvvəl yoxlamalara başlamışdı. Nəşriyyatın sənədlərini də qanunsuz olaraq müsadirə etmişdi. Bu müsadirəyə etiraz olaraq məhkəməyə müraciət etdik və nəhayət, 7 iclasdan sonra məhkəmə bizim işimizə baxmaqdan imtina etdi. Nəşriyyata qayıtdıqda isə Vergilər Departamentinin İstintaq İdarəsindən bizə 150 min manatlıq cərimə ilə bağlı bildiriş gəldiyini gördük.

Qeyd edilən cərimə qanunsuz müsadirə edilən sənədlərin yoxlanılmasından sonra yazılıb. Heç bir halda belə qərar olmamalıydı. Kitabı dirildən yeganə nəşriyyatıq. Belə bir nəşriyyatı məhv etməkdə məqsəd nədir? Kimin ərazisinə girmişik, kimə mane oluruq?” -

Oxumağa davam et
Reklam
Reklam

Gündəm